Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-74/2022 16.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 oğlunun, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı rayonu Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu Məlikçobanı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 16.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, X3 07 yanvar 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 06 yanvar 2022-ci il tarixdə həyat yoldaşı Hörmətin onu döyməsini göstərmişdir. Aparılmış təhqiqat araşdırması zamanı 06 yanvar 2022-ci il tarixdə Şamaxı rayonu Məlikçobanlı kəndində yaşadıqları evdə X3 ilə həyat yoldaşı X6 arasında qızsqanclıq zəmnində mübahisə olması, mübahisə zamanı Qəmər Alıyevanın evdən çıxıb getməsi, Şəxs küçədə Qəmər Alıyeva ilə rastlaşması, həmin vaxtı Şəxs onun qollarından tutaraq avtomobilə əyləşdirmək istəyən zaman ona fiziki ağrı və xəsarət yetirməsi faktı alınmış izahatlar və Məhkəmə Tibbi Ekspertizasının 28 yanvar 2022-ci il tarixli 16 saylı rəyi ilə öz təsdiqini tapmışdır. X1 bədəni üzərində olan xəsarətin dərəcəsinə görə bu əməl qanunvericiliyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Qəmər Alıyeva onun qardaşı Hörmətin həyat yoldaşıdır. Bildiyinə görə qardaşının ailəsində münasibətləri yaxşı deyildir, mütəmadi olaraq aralarında münaqişələr olmuş, qardaşının həyat yoldaşı Qəmər Alıyeva 2021-ci ilin avqust ayında evdən qaçıb getmiş, bununla bağlı rayon polis şöbəsinə müraciət etmişlər. Müraciətdən üç gün sonra Qəmər Bakı şəhərindən tapılaraq Şamaxı şəhərinə qohumunun evinə gətirilmiş, həmin ilin dekabr ayının 23 barışaraq Qəmər onların evinə gəlmiş, 06.01.2022-ci il tarixdə səhər saat 10:00 radələrində o, özünə məxsus evdə olan zaman qardaşı Hörmət onun yaşadığı evə gələrək həyat yoldaşı Qəmərin telefonunda şəkil aşkar etdiyini və həyat yoldaşının ona xəyanət etdiyini bildirmiş, qardaşı Hörmətə səsə salma zəng vurub Qəmərin atası ilə danışarıq demiş, bundan sonra qardaşının öz evinə keçməsini, özü isə Şamaxı şəhərinə gəlmək məqsədi ilə yola çıxmış, əmisinin evinin yanından keçən zaman fikirindən daşınıb əmisi Rzanın evinə daxil olmuş, onlarda olan zaman əmisi Rzaya zəng vuraraq evə gəlməyini bildirmiş, həmin vaxtı əmisi Rza digər əmisi Əlizadə ilə birlikdə evə gəlmiş, onlarda olan zaman qardaşı Hörmət ona zəng vuraraq həyat yoldaşı Qəmərə şəkilləri göstərməsini, onun evdən getdiyini bildirmişdir. Bundan sonra qardaşının evinə getmək məqsədi ilə əmisinin evindən çıxmış, həmin vaxtı Rza əmisinin oğlu Rzaxanında onunla birlikdə onun avtomoblinə əyləşərək qardaşının evinə getmiş, həmin vaxtı əmiləri Rza və Əlizadə də, avtomobillə onun arxasınca gəlmişlər. Qardaşının evinə az qalmış küçədə evdən bir qədər aralıda Qəmərin getdiyini görüb avtomobili onun arxasınca sürmüş və avtomobili yanında saxlamış, avtomobildən enməmiş yanında olan əmisi oğluna sən telefonla bizi video görüntüyə al Qəmər sonra bizi şərləyər deyib, bundan sonra avtomobildən enərək Qəmərə yaxınlaşmış, Qəmərə yaxınlaşan zaman Qəmər iti hərəkətlərlə ondan aralaşmaq istəmiş, ona çataraq qolundan tutub avtomobilə əyləşib və onlarla evə getməyini bildirmişdir. Qəmər onun idarə etdiyi avtomobilə əyləşməyərək əli ilə qolundan vuraraq ondan əlini çəkməsini evə getmək istəmədiyini bildirimiş, ona gəl gedək evə atana zəng vurarıq, gələr demiş, Qəmər onunla evə getmək istəmədiyini bildirdikdə yanında olan əmisi oğlu, Əlizadə əmisinə zəng vuraraq onlar olan yerə gəlməyini bildirmiş, həmin vaxtı Qəmər onun əlindən çıxıb qaçmaq istəmiş, onun qolundan əmisi gələnə kimi qaçıb getməsin deyə tutmuş, həmin vaxtı əmisi oğluna polisə zəng vurmağını bildirmiş, Qəmər isə “onun 24 yaşı var polis ona neyləyəcək o getmək istədiyini” demiş, həmin vaxtı əmisi Əlizadə onlar olan yerə gələrək Qəməri avtomobilinə əyləşdirib evlərinə aparmışdır. Qəmərin qardaşı ilə arasında olan mübahisə zamanı evdə olmamış, onunla küçədə rastlaşmış, Qəməri vurmamış, sadəcə olaraq onun qolundan tutaraq evə aparmaq məqsədi ilə avtomobilə əyləşdirmək istəmiş, əyləşmədikdə əmisi Əlizadə gələrək onu öz avtomobilinə əyləşdirib evinə aparmışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, orada Şəxs kimisə vurması olmayıb, sadəcə tərəflərin aralarında mübahisə olub. Başqa orada heç bir döyülmə yoxdur. Onlar qohumdurlar və buna görə onların barışmasını təklif edir. Eyni zamanda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 06.01.2022-ci il tarixdə saat 10:00 radələrində özlərinə məxsus evdə olan zaman həyat yoldaşı Hörmət ona şəkil göstərərək həmin şəkildə onunla birlikdə olan şəxsin kim olduğunu soruşmuş, həmin şəxsin dayısı nəvəsi Müşfiq olduğunu bildirmiş, bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı həyat yoldaşı Hörmət mətbəxdən bıçaq götürərək onun üzərinə gəlib təpiklə qarın nahiyyəsindən, şillə ilə üz nahiyyəsindən, yumruqla isə baş və kürək nahiyyələrindən vurduqda yerə yıxılmış, sonra isə onun anası Sənayə Alıyeva ona yaxınlaşaraq təpiklə qarın və kürək nahiyyələrindən vurmuş, həmin vaxtı qaynı Şəxs yıxıldığı yerdə təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Bundan sonra isə onlar onu nalayiq söyülərlə söyərək, həyat yoldaşına xəyanət etdiyini əsas gətirərək evdən qovmuşlar, evdən çıxdıqdan sonra qayını Şəxs onun arxasınca evdən çıxaraq onu öz avtomobilinə əyləşdirmək istəmiş, ona “səni başqa yerə aparacam sənin həyatın yaxşı olacaq yaxşı yaşayacaqsan” demiş, onun avtomobilinə əyləşməyərək qaçıb həmin yerdən aralaşmış, bundan sonra səsə gələn X4 avtomobilinə əyləşdirərək öz evinə aparmışdır. Həmin günü bədənində olan ağrılarla bağlı Şamaxı Mərkəzi rayon Xəstəxanasına müraciət etmişdir. Şəxs ilə barışmaq niyyəti yoxdur, aralarında hübahisə davam edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 28.01.2022-ci il tarixli, 16 saylı rəyində X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində, sol və sağ bazunun və sol saidin qançırları, küt əşyanın təsirindən törənməsi, yetirilmə müddətinin 06.01.2022-ci il tarixə uyğun olmaqla sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilməməsi, xəsarətin kənar şəxs və şəxslər tərəfindən yetirilməsinin mümkün olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-74/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-74/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver