Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-75/2022 17.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, Şamaxı şəhəri, Ə.Əfəndiyev küçəsi, ev 19 A ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 04.12.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 04.12.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs oğlunun evinə yaşamağa gəlmiş, onu səsləyərək təhqir etmişdir. O, Zərərçəkmiş şəxs təhqirlərini dayandırmaq üçün daş atmış, amma atdığı daş ona dəyməmişdir. Eləcə də, onu vurmamış və döyməmişdir. Odur ki, Şəxs əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 04.12.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində keçmiş həyət yoldaşı onu görərək təhqir etməyə başlamış, sonra onun arxasınca daş atmış, atdığı daş topuğundan dəymiş və o yıxılmışdır. Əli ilə saçından yapışmış və onun sürüyərək, yumruq vurmuşdur. Sonra Şəxs ayağı ilişdiyi üçün, onun əlindən qaçaraq uzaqlaşmışdır. Şəxsla barışmamış, ondan şikayətçidir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs təhqirlərini dayandırmaq üçün daş atmış, amma atdığı daş ona dəyməmişdir. Eləcə də, onu vurmamış və döyməmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahat verib bildirdi ki, Şamaxı şəhəri, H.Ciddi küçəsində yaşayan Zərərçəkmiş şəxs 04 dekabr 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə Şəxs onu döyməsini göstərməklə, həmin şəxs barədə tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 04 dekabr 2021-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməsi fakt alınmış izahatlar ilə, MTE-nin 06 dekabr 2021-ci il tarixli 436 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Araşdırma zamanı Zərərçəkmiş şəxs Əbilfəz qızı ilə Şəxs aralarında münaqişələrin davam etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 24.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı şəhəri, H.Ciddi küçəsində Zərərçəkmiş şəxs müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı şəhəri, H.Ciddi küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Həmçinin qərarada qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs Əbilfəz qızı ilə Şəxs aralarında şəxsi münasibətlər zəminində münaqişələr davam etdiyi üçün gələcəkdə həmin şəxslər arasında baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin və ya cinayət hadisəsinin qarşısının alınması məqsədi ilə tərəflər münaqişəli ailə kimi profilaktiki qeydiyyata götürülməklə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növlərindən inzibati qaydada cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və o, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-75/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-75/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver