Məhkəmə qərarları › İş №3(074)-77/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-77/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-77/2022 06.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, X5 DİN-nin Qobustan rayonu Yol Patrul Xidmətinin polis serjantı X3 11 fevral 2022-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair” verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan rayonu Yol Patrul Xidmətinin polis serjantı X6 tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X7 şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşının adına“TOYOTA CAMRY” markalı, 99NK019 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 11.02.2022-ci il tarixdə X14 Patrul Xidmətinin polis serjantı X6 tərəfindən qardaşına məxsus minik avtomobilinə onun adına inzibati cərimə qərarı yazılması barədə sənəd təqdim olunmuşdur. Qardaşının adına olan minik avtomobilinə onun adına yazılmış cərimənin X10 X15 Şöbəsindən yenicə almışdır X11 cərimənin tətbiq olunduğu yer və hansı vasitələrlə və ya kim tərəfindən tətbiq olunması göstərilmişdir. 11.02.2022-ci il tarixdə o və qardaşı X4 Qobustana qədər sözügedən avtomobillə getmişlər. Qardaşının səhhəti pis olduğundan maşında arxa oturacaqda uzanmış, yəni onun özü də avtomaşında olmuşdur. Maşını isə Şamaxıdan Qobustan rayonunadək o, idarə etmişdir. Qardaşının səhhəti pis olduğundan o, özünə məxsus həmin maşını Bakı şəhərinədək idarə edə bilməzdi. Odur ki, həmin avtomaşını Qobustan rayonunda duracaqda saxlamış və qardaşını taksi ilə Bakı şəhərinə yola salmışdır. Onun özünün sürücülük vəsiqəsi var. Bundan sonra, maşın duracaqda ikən Qobustan rayon DYP əməkdaşları naməlum əsassız səbəblərlə guya maşına baxış keçirmiş və barəsində qeyri-qanuni inzibati cərimə protokolu tərtib etmişlər. Lakin ona bu barədə hər hansı fotoşəkil və videogörüntü təqdim edilməmiş, DYP-nin onun yol hərəkəti qaydalarını pozmağı barədə protokolu və qərarı olsa da bunu təsdiq edən sübut təqdim edilməmişdir. Şamaxı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 3(074)-77/2022 saylı qərarı ilə X7 tərəfindən verilmiş şikaytət təmin edilmmiş və Azərbaycan Respublikası DİN-nin Qobustan rayonu Yol Patrul Xidmətinin polis serjantı X6 tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. X1 Şamaxı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 3(074)-77/2022 saylı qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və qeyd edilən qərarın ləğv edilərək yeni qərar qəbul edilməsini və yaxud inzibati işin yenidən araşdırılması üçün Şamaxı rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-215/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarı ilə X7 tərəfindən şikayəti təmin olunmuş, Şamaxı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 3(074)-77/2022 nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına işin baxılmağa hazırlanması mərhələsinə göndərilməsi qərara alınmışdır. Şikayəti və materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməli və materialın aidiyyəti üzrə baxılması üçün Qobustan rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta hadisəsi Qobustan rayonu ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki,X7 11.02.2022-ci il tarixdə saat 08:55 radələrində Qobustan rayon, H.Əliyev prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən Qobustan rayonu Yol Patrul Xidmətinin polis serjantı X3 11 fevral 2022-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair” verdiyi şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Qobustan rayon Məhkəməsinə göndərilsin. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar