Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-77/2025 11.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 X7 nümayəndələri X9 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida X1 X6 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Qida X1 X11 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1 X7 nümayəndəsi X9 izahat verib bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixində Şamaxı rayonu, Quşçu kəndi qışlaq ərazidə yerləşən heyvandarlıq təsərrüfatında plandankənar yoxlama zamanı yoxlamanın keçirilmsinə şərait yaratmamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs qışlaq sahəsində ayrıca təsərrüfatı var və orada heyvan saxlayır. O, birinci dəfə xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı ünvana xəbərdarlıq bildirişi aparmış, amma sonra həmin bildirişi alıb poçt vasitəsi ilə göndərmişdir. xx.xx.2025-ci il tarixdə isə Şəxs təsərrüfatına getmiş, o, özüdə orada olmuş və təsərrüfata baxış keçirilməsinə icazə verilməmişdir. Təsərrüfata baxış keçirilmənin məqsədi heyvanların bəslənməsi, yemlənməsi və saxlanılması şəraitinə baxış keçirmək olmuşdur. O, heyvanlara birka vurulması məqsədi ilə ora getməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1 X7 nümayəndəsi X8 izahat verib bildirdi ki, digər nümayəndənin verdiyi izahat ilə razı olduğunu bildirib əlavə izahat vermədi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat izahat verib bildirdi ki, X3 işçiləri onun təsərrüfatına heyvanlara birka vurmaq üçün gəlmişlər, heç bir yoxlama aparmaq məqsədləri olmamışdır. O, isə onlara demişdir ki, gəlin birkanı heyvanlara vurun, amma pulsuz. Onlar isə birkanı hər bir hevana 4,50 qəpikdən vurmaq istəmişlər. O bildirmişdir ki, heyvan bazarında həmin birkanın qiyməti 0,5 qəpikdir. Başqa heç bir söhbət olmamışdır. Həmçinin onlara bildirmişdir ki, gedin seçki bitsin onların yanına gələcəkdir. Sonra xx.xx.2025-ci il tarixdə həmin idarəyə getmiş, amma ona bildirmişlər ki, artıq sənədlər məhkəmə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, heyvandarlıq təsərrüfatı ilə məşğul olur, ferması var. Özünə məxsus 78 baş hevanı var, qalanları isə başqa şəxslərə aiddir. Onlar heyvanların saxlanılmasına, bəslənməsinə və yemlərinə baxmağa gəlməmişlər, heyvanları birkalamaq üçün gəlmişlər. Heyvanları öz əziyyəti ilə almış və baxmışdır. Bu günədək X2 heç bir kömək etmədiyi halda heyvanlarına niyə baxmalıdır. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şəxs Şamaxı rayonu, Quşçu kəndində qışlaq ərazidə yerləşən heyvandarlıq təsərrüfatında plandankənar yoxlama zamanı yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Həmin video görüntüdən müəyyən olunur ki, X3 nümayənləri həmin vaxt heyvanları birkalamaq məqsədi ilə gəlməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X11 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Şamaxı rayonu, Quşçu kəndi qışlaq ərazidə yerləşən heyvandarlıq təsərrüfatında plandankənar yoxlama zamanı yoxlamanın keçirilmsinə şərait yaratmamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli aktların surətindən görünür ki, Şamaxı rayonu, Quşçu kəndində yerlşən fiziki şəxs Şəxs məxsus heyvandarlıq təsərrüfatında xx.xx.2025-ci il tarixli ŞDQ-25/002 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən qeyd olunan ünvanda olmuşlar. Yoxlamanın aparılmasına şərait yaradılmamışdır. İş materiallarında olan iribuynuzlu heyvanlarda (cavanlarda) qarayara xəstəliyinə qarşı aparılmış peyvəndləmənin adlı siyahısından görünür ki, 2024-cü ilin sentyabr ayında Şəxsvun 92 baş iribuynuzlu heyvanı peyvəndlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X7 xx.xx.2025-ci il tarixli, ŞDQ-25/002 saylı Yoxlamanın aparılması haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi Şamaxı rayonu, Quşçu kəndi iziki şəxs Şəxs məxsus heyvandarlıq təsərrüfatında plandankənar yoxlanılma həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan imzadan imtina edilməsi barəsində xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 X7 xx.xx.2025-ci il tarixli, ŞDQ- 25/002 saylı qərarına əsasən xx.xx.2025-ci il tarixində Şəxs məxsus Şamaxı rayonu, Quşçu kəndi Qışlaq ərazisində yerləşən heyvandarlıq təsərrüfatında plandankənar (növədənkənar) yoxlama keçirilməsi üçün qeyd edilən ünvanda olmuşlar və fiziki şəxs Şəxs yoxlama keçirilməsinə şərait yaratmamış və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-77/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-77/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver