Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-78/2022 24.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşur, ona görə ki, Şəxs 23.02.2022-ci il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində ərazidə xidmətdə olan YPX-nin əməkdaşları ilə mübahisə edərək nəqliyyat vasitəsini Şamaxı RPŞnin müvəqqəti duracağına yerləşdirilməsi ilə bağlı qanuni taləbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 23.02.2022-ci il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində özünə məxsus VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol ayrıcın keçmə qaydasın pozmuşdur. YPX-nin əmıkdaşları tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, o, avtomobili saxlamış və polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusun izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. O, isə polis əməkdaşlarına bildirmiş ki, onun sadəcə cərimə borcu var və o, Şamaxı RPŞ-nə getməkdən imtina edərək polisin qanunu tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs etdiyi qayda pozuntusunu səmimi etiraf etmiş, törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Müdafiəçi bunların nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X3 izahat verib bildirdi ki, 23.02.2022-ci il tarixdə Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X1 ilə birlikdə xidməti ərazidə xidmət apararkən yol ayrıcın keçmə qaydasın pozan VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, sürücü avtomobili saxlamışdır. Xidməti yoldaşı X1 yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücüyə etdiyi qayda pozuntusunu izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. Sürücü və onun yanında əyləşən sərnişin Şamaxı RPŞ-nə getməkdən imtina etmişlər. Uca səslə danışaraq ictimai asayışı pozmuşlar. Sürücü və onun yanında olan sərnişin polisin qanunu tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdikləri üçün efir rabitə vasitəsi ilə Şamaxı RPŞ-dən kömək istəmişlər və post patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə hər iki şəxs Şamaxı RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X1 şahid Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, 23.02.2022ci il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində dostu Şəxs özünə məxsus VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol ayrıcın keçmə qaydasın pozmuşdur. YPX-nin əməkdaşları tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, dostu avtomobili saxlamış və polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusun izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. Dostu Şəxs isə polis əməkdaşlarına bildirmiş ki, onun sadəcə cərimə borcu var və onlar Şamaxı RPŞnə getməkdən imtina edərək polisin qanunu tələblərinə tabe olmamışlar. Eyni zamanda avtomobilin Şamaxı RPŞ-nin müvəqqəti durtacağına aparlmaması üçün avtomobilin açarını oturacağının altında gizlətmişdir. İş materiallarında olan BB № 018988 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23.02.2022-ci il tarixdə saat 22:58 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X1 tərəfindən tərtib edilmiş 23.02.2022-ci il tarixli raportdan görünür ki, 23.02.2022-ci il tarixdə Şamaxı RPŞnin DYPB-nin inspektoru X4 ilə birlikdə xidməti ərazidə xidmət apararkən yol ayrıcın keçmə qaydasın pozan VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, sürücü avtomobili saxlamışdır. O, yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücüyə etdiyi qayda pozuntusun izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. Sürücü və onun yanında əyləşən sərnişin Şamaxı RPŞ-nə getməkdən imtina etmişlər. Uca səslə danışaraq ictimai asayışı pozmuşlar. Sürücü və onun yanında olan sərnişin polisin qanunu tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdikləri üçün efir rabitə vasitəsi ilə Şamaxı RPŞ-dən kömək istəmişlər və post patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə hər iki şəxs Şamaxı RPŞ-nə gətirmişlər. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidlərin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin və o, məhkəmə zalında həbsdən dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-78/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-78/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver