Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-78/2023 04.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi ərizə üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, X3 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolun ləğv edilməsini xahiş etmiş, eyni zamanda X3 məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində (İXM-nin 126.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 109cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-78/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-78/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver