Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-79/2022 24.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 23.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, 23.02.2022-ci il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində ərazidə xidmətdə olan YPX-nin əməkdaşları ilə mübahisə edərək nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməsi ilə bağlı qanuni taləbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 23.02.2022-ci il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində X12 özünə məxsus VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol ayrıcın keçmə qaydasın pozmuşdur. YPX-nin əməkdaşları tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, dostu avtomobili saxlamış və polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusun izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. X12 isə polis əməkdaşlarına bildirmiş ki, onun sadəcə cərimə borcu var və onlar Şamaxı RPŞ-nə getməkdən imtina edərək polisin qanunu tələblərinə tabe olmamışlar. Eyni zamanda avtomobilin Şamaxı RPŞ-nin müvəqqəti durtacağına aparlmaması üçün avtomobilin açarını oturacağının altında gizlətmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs etdiyi qayda pozuntusunu səmimi etiraf etmiş, törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Müdafiəçi bunların nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X4 izahat verib bildirdi ki, 23.02.2022-ci il tarixdə Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X1 ilə birlikdə xidməti ərazidə xidmət apararkən yol ayrıcın keçmə qaydasın pozan VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, sürücü avtomobili saxlamışdır. Xidməti yoldaşı X1 yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücüyə etdiyi qayda pozuntusunu izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. Sürücü və onun yanında əyləşən sərnişin Şamaxı RPŞ-nə getməkdən imtina etmişlər. Uca səslə danışaraq ictimai asayışı pozmuşlar. Sürücü və onun yanında olan sərnişin polisin qanunu tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdikləri üçün efir rabitə vasitəsi ilə Şamaxı RPŞ-dən kömək istəmişlər və post patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə hər iki şəxs Şamaxı RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X1 şahid Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X4 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verib bildirdi ki, 23.02.2022ci il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində özünə məxsus VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol ayrıcın keçmə qaydasın pozmuşdur. YPX-nin əmıkdaşları tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, o, avtomobili saxlamış və polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusun izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. O, və onun yanında əyləşən dostu Şəxs Şamaxı RPŞ-nə getməkdən imtina edərək polisin qanunu tələblərinə tabe olmamışlar. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin inspektoru X1 tərəfindən tərtib edilmiş 23.02.2022-ci il tarixli raportdan görünür ki, 23.02.2022-ci il tarixdə Şamaxı RPŞnin DYPB-nin inspektoru X4 ilə birlikdə xidməti ərazidə xidmət apararkən yol ayrıcın keçmə qaydasın pozan VAZ 21213 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən sayrışan işıq vasitəsi ilə və səs gücləndirici vasitəsilə saxla işarəsi verilmiş, sürücü avtomobili saxlamışdır. O, yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücüyə etdiyi qayda pozuntusun izah etmiş və bildirmiş ki, avtomobilin üzərində dörd aydan çox ödənilməyən cərimə borcu və İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuş ona görə də nəqliyyat vasitəsini Şamaxı RPŞ-nin müvəqqəti durtacağına yerləşdirilməlidir. Sürücü və onun yanında əyləşən sərnişin Şamaxı RPŞ-nə getməkdən imtina etmişlər. Uca səslə danışaraq ictimai asayışı pozmuşlar. Sürücü və onun yanında olan sərnişin polisin qanunu tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdikləri üçün efir rabitə vasitəsi ilə Şamaxı RPŞ-dən kömək istəmişlər və post patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə hər iki şəxs Şamaxı RPŞ-nə gətirmişlər. İş materiallarında olan 23.02.2022-ci il tarixli BB № 003057 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23.02.2022-ci il tarixdə saat 23:20 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə X2 inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-79/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-79/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver