Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-81/2022 25.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 25.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, Şəxs 25.02.2022-ci il tarixində Şamaxı şəhəri, N.Nərimanov küçəsində avtobus dayanacağının yaxınlığında ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 04.01.2022-ci il tarixdə müvəqqəti yaşadığı Qobu qəsəbəsində yerləşən evin sahibi onu evdən çıxartmış və bundan əsəbləşib əlacsız qalaraq DİN 102 xidmətinə zəng edərək işsiz olmasını, ona hər hansısa iş verilməsini istəmiş, həmçinin qeyri etik ifadələr işlətmişdir. Daha sonra 25.02.2022-ci il tarixdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində avtobus dayanacağının yaxınlığında ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. O, etdiyi əmələ görə çox peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs etdiyi əməlini səmimi etiraf etmiş, etdiyi əməldən peşmandır. Onun maddi vəziyyətini, yaşını nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ -nin İTB-nin polis sahə nəfəri X3 izahat verib bildirdi ki, 25.02.2022-ci il tarixində Şamaxı şəhəri, N.Nərimanov küçəsində avtobus dayanacağının yaxınlığında Şamaxı RPŞ -nin İTB-nin polis sahə nəfəri X1 ilə birlikdə xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmasını görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib, etdiyi inzibati xətanın mahiyyətini izah etmişlər və barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ -nin İTB-nin polis sahə nəfəri X1 şahid Şamaxı RPŞ -nin İTB-nin polis sahə nəfəri X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri X1 tərəfindən tərtib edilmiş raportdan görünür ki, 25.02.2022-ci il tarixində Şamaxı şəhəri, N.Nərimanov küçəsində avtobus dayanacağının yaxınlığında Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri X3 ilə birlikdə xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmasını görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib, etdiyi inzibati xətanın mahiyyətini izah etmişlər və barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə dəvət etmişlər. Materiala əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 25 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.02.2022-ci il tarixdə Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən avtobus dayanacağının yanında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə də, Soltanov X4 Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun yaşını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-81/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-81/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver