Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-81/2023 04.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Təsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında qanunsuz küçə ticarəti ilə məşğul olduğu ona irad tutularkən, nəlayiq ifadələr işlətmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verərək bildirdi ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında xx.xx.2023-cü il tarixdə küçə ticarəti ilə məşğul olarkən, polis əməkdaşları ona yaxınlaşıb, həmin yerdə ticarətin qanunsuz olduğunu ona irad tutularkən, o, nəlayiq ifadələr işlətmiş və polis əməkdaşları ilə mübahisə edərək, tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən hazırda peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X2 göstərdi ki, sonradan adı məlum olan Şəxs adlı şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında qanunsuz küçə ticarəti ilə məşğul olduğu həmin şəxsə irad tutularkən, nəlayiq ifadələr işlətmiş və intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri İsmət Kərimovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında adı sonradan məlum olan Qobustan rayonu, Təsi kənd sakini Şəxs qanunsuz küçə ticarəti ilə məşğul olduğunu görüb, həmin şəxsə yaxınlaşaraq, hərəkətlərinin qanunsuz olduğunu izah etmək istəyərkən, polisin ünvanına nəlayiq ifadələr işlədərək, onlara “gedin işinizlə məşğul olun” deyərək, öz qanunsuz hərəkərlərinə davam etmişdir. Bu səbəbdən, onlar həmin şəxsi rayon polis şöbəsinə dəvət etmiş və polis şöbəsində həmin şəxsin Qobustan rayon sakini Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi müayinəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə olunan Şəxs 0,658 % dərəcədə alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. İş materiallarında olan AZA 019660 nömrəli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarix, saat 18:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-81/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-81/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver