Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-82/2021 02.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 02.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 izahatında göstərdi ki, 28.02.2021-ci il tarixində Şəxs Şamaxı şəhəri Heydər Əliyev prospektində söyüş söymüş, yenidən polis şöbəsinin həyətinə gələrək inzibati binanın həyətində söyüş söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 28.02.2021-ci il tarixində atası heyvanları Şamaxı rayonunda Ağsu dairəsi adlanan ərazidə otlatmaq üçün apararkən polis işçiləri ona yaxınlaşmış, onlardan biri mülki geyimdə olmuş, mülki geyimdə olan şəxs atasına heyvanları oradan yığıb çıxartmasını demişdir. Atası ona haradan aparmasını söylədikdə o atasına yolun digər istiqaməti ilə aparmasını bildirmiş, bu zaman atasını deməsinə görə ona təhqiramiz ifadə işlətmişdir. Ona qonşusu atasını axtardıqlarını söyləmiş, O, isə Vüsal adlı şəxsdən xahiş etmişdir ki gözləsin indi atası gələcək. Vüsal ona rəisin bu barədə bildiyini və izahata qol çəkəcəkələri halda onları buraxacaqlarını bildirmişdir. Daha sonra onlar polis şöbəsinə gəlmişlər və şöbənin yanında olan zaman atasına bildirilmişdir ki, şöbədə olan zaman səs küy salmayın. Atasıda onların xahişin nəzərə alaraq şöbədə səs salmamışdır. Lakin atasının barəsində tərtib edilmiş protokolla razılaşmadıqlarından sahə rəisi Elvin Nəbiyev ilə birlikdə ağaclara baxış keçirtmişlər. Daha sonra isə Vüsal ilə ağaclara baxış keçirtməyə gedən zaman polis işçilərinin Savalan istiqamətindən ağaclara baxa baxa gəldiklərini görmüşdür. O da ağacların şəklini çəkmişdir ki, ağacların korlanmamasını telefonunda sübut kimi saxlasın. Bu xavt Vüsal avtomobildən enərək onu təhqir etmiş və nə üçün onu çəkdiyini söyləmiş və əlindən telefonu almış və avtomobilə əyləşdirən zaman mənim baş nahiyyəsinin arxa hissəsindən iki dəfə şillə vurmuşdur. O, iki dəfə qapını açmağa cəhd etmiş, lakin qapını aça bilməmişdir. Onu polis şöbəsinə gətirmişlər və bir qədər şöbənin həyətində gözlədikdən sonra Vüsal ilə atası gəlmişdir. Onlar gələn zaman yənə əsəbləşərək ucadan ondan nə üçün onun telefonunu almasını və atasına qarşı nalayiq ifadə işlətməsini soruşmuş və əgər videonu silmək istəyirsə telefonunu verməsini və özünü siləcəyini demişdir. Bunları söylədikdən sonra Vüsal onu polis şöbəsinin həyətində söymüş və şillə ilə vurmuşdur. O da onun üzərinə gedərək nə üçün atasını söydüyünü soruşmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin taqım komandiri vəzifəsində işləyən X9 izahat verib bildirdi ki, 28.02.2021-ci il tarixində səhər saatlarında PPXB-nin polis nəfəri Fərman Tapdıqov ilə birlikdə xidmətdə olan zaman Ramazan Feyzullayevin heyvanları Şamaxı şəhəri H.Əliyev prospektində Ağsu dairəsi adlanan ərazidə ağacları yararsız vəziyyətə saldığı üçün RPŞ-nə gətirilmiş, araşdırma aparılan zaman vətəndaşın təkidi ilə yenidən həmin əraziyə baxış keçirilmiş, baxış keçirilən zaman X3 Feyzullayev onları telefonu ilə videoya çəkdiyindən ona iradlarını bildirmişlər və ona video vasitəsi ilə onları çəkmək səlahiyyətinin olmamasını söyləmişlər. Lakin İdris adlı şəxs buna etiraz edərək ictimai yerdə nalayiq söyüşlər söydüyündən RPŞ-nə gətirilmiş, həyətdə olarkən Şəxs yüksək səslə qışqıraraq ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. İdris onun üzərinə gələrək söyüş söyən zaman onu sakitləşdirmək istəsədə İdris onun qanuni tələblərimə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu zaman Şəxs atası Ramazan adlı şəxsdə oğlunun nalayiq söyüşlər söydüyünü görərək onu sakitləşdirmək üçün bir neçə dəfə ona şillə vurmuşdur ki, oğlu söyüş söyməsin sakitləşsin. Lakin Şəxs sakitləşməyərək öz qanunsuz hərəkətlərinə davam etdiyindən yəni ki, uca səslə nalayiq söyüşlər söydüyündən onu sakitləşdirmək məqsədi ilə oradan kənarlaşdırıb polis şöbəsinin inzibati binasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-də işləyən polis nəfəri X11 izahat verib bildirdi ki, 28.02.2021-ci il tarixində səhər saatlarında xidməti zərurət ilə əlaqədar olaraq Şamaxı rayon Polis Şöbəsində olan zaman polis şöbəsinin həyətində səs eşidərək həyətə çıxmış, həyətdə olarkən sonradan adı ona məlum olan Şəxs yüksək səslə qışqırdığını və ünvansız nalayiq söyüşlər söydüyünü görmüşdür. O PPXB-nin taqım komandiri Vüsal Əmrahovun üzərinə gedərək söyüş söyən zaman əl qol hərəkətləri atmaq istədiyindən V.Əmrahov onu sakitləşdirmək istəsədə o buna məhəl qoymadığından öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu zaman Şəxs atası Ramazan adlı şəxsdə oğlunun nalayiq söyüşlər söyüdyünü görərək onu sakitləşdirmək üçün bir neçə dəfə ona şillə vurmuş ki, oğlu söyüş söyməsin sakitləşsin. Lakin Şəxs sakitləşməyərək öz qanunsuz hərəkətlərinə davam etdiyindən yəni ki, uca səslə nalayiq söyüşlər söydüyündən onu sakitləşdirmək məqsədi ilə oradan kənarlaşdırıb polis şöbəsinin inzibati binasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, 28.02.2021-ci il tarixində özünəməxsus olan heyvanları Şamaxı rayonunda Ağsu dairəsi adlanan ərazidə otlatmaq üçün apararkən polis işçiləri ona yaxınlaşmış, onların yanında bir nəfər mülki formada olduğundan onun polis işçisi olduğunu bilməmişdir. Onu həmin şəxs çağıraraq heyvaları nə üçün yolun kənarı ilə apardığını bildirdikdə, ondan hansı istiqamətlə aparacağını soruşduqda həmin şəxs ona qarşı nalayiq ifadə işlətmişdir. Polislər onu yanlarına çağıran zaman onun heyvanları ağaclığa daxıl olmuş, o, qaçaraq heyvanı qaytaran zaman polis işçisi heyvanın şəklini çəkmiş, o, heyvanları ərazidən uzaqlaşdır. Sonra isə onu polis şöbəsinə aparmışlar. Avtomobilə əyləşən zaman ona rəis müavinin yanında olan zaman polis işçisinin nalayiq söyüş söyməsini deməməsini bildirmişlər. O da razılaşmış və rəis müavininin qəbulunda olan zaman bildirmişdir ki, bir səhvdir olub. Otaqdan çıxdıqdan sonra sahə rəisi Elvin Nəbiyevlə birlikdə həmin ərzaziyə gedərək baxış keçirmişlər və heç bir ağac qırıntısı aşkar olunmamışdır. Ona 2000 manat cərimə olunacağını bildirmişlər. O, razılaşmamış və Vüsal adlı şəxslə yenidən ora baxış keçirməyə getmişlər. Oğlu İdris və Vüsal həmin əraziyə baxış keçirməyə getmişlər. O, oğlu X12 sözü ilə gedib ağacların şəklini çəkməsini söyləmiş, orada oğlu şəkil çəkəndə onun telefonunu əlindən alıb içərisində çəkilmiş şəkillərin hamısını silmiş və avtomobilinin açarını alıb oğlu İdrisi vuraraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gələn zaman həyətdə oğlu Vüsalın üstünə sən mənim telefonumu və maşınımın açarını niyə almısan deyə qışqırmışdır. Buna görə mübahisə etmişlər. Vüsal onun və polis işçilərin qarşısında oğluna iki şillə vurmuş, onlar savaşmaq istədikdə o, oğluna şillə vurub sakit dayanmasını bildirmişdir. Sonra İdrisi tutub içəri salmışlar. Daha sonra oğlunun ikinci qrup əlillik vəsiqəsini gətirdikdən sonra müvafiq araşdırma aparılaraq ondan iltizam alıb buraxmışlar. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin taqım komandiri vəzifəsində işləyən X9 tərəfindən tərtib edilmiş 28.02.2021-ci il tarixli raportdan görünür ki, 28.02.2021-ci il tarixində X1 şəhəri Heydər Əliyev prospekti istiqamətində heyvanları nəzarətsiz buraxaraq yeni əkilmiş ağacları zədələdiyindən və korladığından barəsində müvafiq araşdırılma aparılması məqsədi ilə RPŞ-nə gətirilmişdir. RPŞ-də olan zaman Ramazan Feyzullayevə onun heyvanlarının, ağacları zədələməsi ilə bağlı fotoşəkil təqdim edilsədə o bununla razılaşmadığından, Ramazan Feyzullayev və onun övladı Şəxs ilə birlikdə həmin əraziyə yenidən baxış keçirilmiş, baxış zamanı Şəxs onun icazəsi və razılığı olmadan onu video vasitəsi ilə çəkən zaman o, İdrisə iradını bildirərək onu çəkməməsini söylədikdə o polisin hər hansı bir tələbi onun üçün önəmsiz olduğunu deyərək video çəkmək onun hüququ olduğunu nalayiq ifadələrlə söylədiyindən o, Şəxs Azərbaycan Respublikası Konstitusiyasının 32-ci, yəni şəxsi toxunulmazlıq hüququna əsasən onun icazə və razılığı olmadan video və foto çəkilişlərin aparmasına icazəsi olmadığını və nalayiq ifadələr işlətməməsini söyləsədə, o polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdiyindən və küçədə yəni ictimai yerdə ünvansız söyüş söydüyündən Şamaxı RPŞ-nə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasının həyətində olan zaman polis əməkdaşlarının və atasının yanında Şəxs yüksək səslə ünvansız nalayiq söyüşlər söyməyə başladığından onu dəfələrlə nizam intizama dəvət etmişlər. Lakin o polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Plois əməkdaşları, həmçinin onun atası Ramazan Feyzullayev onu sakitləşdirmək istəsələrdə vətəndaş öz qanunsuz hərəkətlərinə davam edərək söyüş söyməyə davam etmişdir. İş materiallarında olan 28.02.2021-ci il tarixli aktdan görünür ki, həkim X7 iştirakı ilə Şəxs iddiası əsasəında onun ağız və dodaq nahiyyəsinə baxış keçirilmiş, sonuncuda hər hansı bir xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron çıxarışından görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-82/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-82/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver