Məhkəmə qərarları › İş №3(074)-83/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-83/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-83/2022 02.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 02.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8207/2017 saylı, 27.07.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 28.12.2012-ci il təvəllüdlü X3 və 28.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməli, alimentin tutulması 09.03.2017-ci il tarixdən hesablanmalıdır. Eyni zamanada Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2125/2020 saylı 12.03.2020-ci il tarixli icra sənədinə əsasən Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmış, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs 28.12.2012-ci il təvəllüdlü X3 və 28.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmalqa hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva Xuram an Fərrux qızına ödənilməlidir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərində göstərilmiş tələbləri icra etməmiş, borcu tələbkarın xeyrinə ödətdirmək mümkün olmamışdır. Şəxs əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmişdir. Şəxs isə izahat verərək bu gün borcundan bu gün 1000 manat ödəniş edə biləcəyini bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 7652 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, bu günədək aliment borcundan 7180 (yeddi min yüz səksən) manat ödəmişdir. Bəzi vaxtlarda işi olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Hal-hazırda borcundan 1000 manat ödəyə bilər. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs əvvəllər aliment borcundan ödənişlər etmiş, lakin sonradan işsiz olduğu üçün ödəniş etməmişdir. Hal-hazırda borcundan 1000 manat ödəyə bilər. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mənə 14832 manat aliment borcundan 7180 manat ödəmişdir. Borclu Şəxs bu günə olan aliment borcu 7652 manat təşkil edir. O, yığılmış borcun hamısının ödənilməsini tələb edir və Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8207/2017 saylı, 27.07.2017-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs 28.12.2012-ci il təvəllüdlü X3 və 28.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxsa verilməlidir. Alimentin tutulması 09.03.2017-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2125/2020 saylı 12.03.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılmalıdır. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs 28.12.2012-ci il təvəllüdlü X3 və 28.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmalqa hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva Xuram an Fərrux qızına ödənilməlidir. İş materiallarında olan 09.08.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borcluya icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 24.07.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borcluya icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 15.12.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Şamaxı rayonu, Cabanı kəndində pasport qeydiyyatında olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Məhkəmə hesab edir ki, Şəxs hal hazıradək məhkəmə qərarlarının icrasına laqeyd yanaşması, yalnız onun barəsində inzibati tənbeh təhdidinin mövcud olma hissini anladıqdan sonra borcun az bir hissəsini ödəmək niyyətinin yaranması dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə dəlalət edir Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8(səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar