Məhkəmə qərarları › İş №3(074)-84/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-84/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-84/2022 03.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X2 06.05.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək TP ******* nömrəli 06 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, onun VAZ 21214 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. 06.05.2019-cu il tarixdə X11 əməkdaşı tərəfindən ona məxsus minik avtomobilinə inzibati cərimə qərarı yazılması barədə ona sənəd təqdim olunmuşdur. İndiyədək bu əsassız cərimə qərarı DYP-nin müvafiq X1maqdadır. Halbuki qanunvericiliyin tələbinə əsasən belə cərimə qərarı hətta haqlı olsa belə 1 ildən çox vaxt keçdikdə öz qüvvəsini itirir və dərhal silinməlidir. Lakin təəssüf ki, ona məxsus minik avtomobilinə yazılmış belə əsassız cərimə 3 ildir ki, X4 silinməmişdir. Onun minik avtomobilinə yazılmış cərimənin X8 X12 Şöbəsindən yenicə almışdır. X9 cərimənin tətbiq olunduğu yer və hansı vasitələrlə və ya kim tərəfindən tətbiq olunmaları göstərilmişdir. O, bu cərimə qərarını Şamaxı DYP-dən alarkən polisdən xahiş etmiş ki, yol hərəkəti qaydalarını dəfələrlə pozmağının sübutu haqda aydın görünən fotoşəkilləri və video görüntüləri də ona təqdim etsinlər. Lakin onlar nə fotoşəkilləri, nə də video görüntünü ona göstərməkdən imtina etmişlər. Səbəbi odur ki, sözügedən sübutlar (fotoşəkillər və video görüntü) yoxdur. İnzibati xəta haqqında iş baxılmağa hazırlanarkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, iş materiallarından görünür ki, 06 may 2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası CPM-in 391.5-ci maddəsinə görə apelyasiya şikayəti və ya apelyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Yuxarıda qeyd edilən qanunvercilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki şikayət ilə mübahisələndirilən TP ******* nömrəli 06 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar X6 barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən isə həmin qərardan yalnız X6 şikayət verə bilərdi. Qeyd edilən qərardan şikayəti isə X6 deyil, X5 vermişdir ki, onun bu qərardan şikayət vermək hüququ olmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, TP ******* nömrəli 06 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyindən, şikayətə baxılmasından imtina edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X2 TP ******* nömrəli 06 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar