Məhkəmə qərarları › İş №3(074)-87/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-87/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-87/2022 03.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, 02.08.1963-cü ildə Şamaxı rayonu, Sabir sov. anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(074)-117/2019 saylı icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, ona məxsus olan Kamaz-5511 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil 1984-cü il istehsalı olduğu üçün köhnəlmiş, yararsız vəziyyətdə olub və onun istifadəsində deyildir. O, icra sənədinin icrasından boyun qaçırmamışdır. Sonuncu dəfə 28.01.2022-ci il tarixdə 500 manat borcundan ödəniş etmişdir. Onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(074)-117/2019 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada iddiaçı "xxxx"QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 9706,8 ABŞ dolları məbləğində kredit borcu, 2563,74 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12370(on iki min üç yüz yetmiş) ABŞ dolları 54(əlli dörd) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun, tələb Kamaz- 5511 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərraca çıxarılaraq satılsın, 9706,8 ABŞ dolları məbləğində kredit borcu, 2563,74 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12370(on iki min üç yüz yetmiş) ABŞ dolları 54(əlli dörd) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu həmin əmlakın açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx"QSC-yə ödənilsin və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Şəxs və X1 müştərək qaydada tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş təqdim edilmişdir. Borclu müəyyən aralarla ödənişlər etmişdir, amma ödənişlər etsə də, məbləği az olmuşdur. Odur ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(074)-117/2019 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada iddiaçı "xxxx"QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 9706,8 ABŞ dolları məbləğində kredit borcu, 2563,74 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12370(on iki min üç yüz yetmiş) ABŞ dolları 54(əlli dörd) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun, tələb Kamaz-5511 markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərraca çıxarılaraq satılsın, 9706,8 ABŞ dolları məbləğində kredit borcu, 2563,74 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12370(on iki min üç yüz yetmiş) ABŞ dolları 54(əlli dörd) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu həmin əmlakın açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx"QSC-yə ödənilsin və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Şəxs və X1 müştərək qaydada tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 18.04.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 18.04.2019-cu il il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun əmlakının atarılaması haqqında 23.05.2019-cu il qərarın surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan borclu Şəxs məxsus Kamaz-5511 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, "xxxx"QSC -yə girov qoyulmuş ona məxsus olan Kamaz-5511 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil 1984-cü il istehsalı olduğu üçün köhnəlmiş, yararsız vəziyyətdə olub və onun istifadəsində deyildir. Hazırda avtomaşının hərəkətdə olması yəni, mövcudluğu müəyyən edilmir. Məhkəmə hesab edir ki, ipoteka predmeti Kamaz-5511 markalı **-BD-*** dövlət nömrə nişanlı icra predmeti olan avtomobil hazırda mövcud olmadığını təsdiq edən sübut təqdim edilmədiyindən, borclu tərəfindən icra sənədi üzrə borcundan qisməndə olsa ödəniş etdiyindən, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar