Məhkəmə qərarları › İş №3(074)-88/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-88/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-88/2024 29.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İXM-nin 346.1 maddəsidayanma qaydalarını pozmağa görə elektron kabinetinə EQ18572381 nömrəli protokol göndərilib. Bununla bağlı elektron kabinetinə göndərilən məlumatlar natamam, qeyri dəqiq və qanunvericiliyin (İXM Fəsil 16) tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, elektron kabinetində inzibati xəta haqqında məlumatlarda - şəxs haqqında məlumatlar hissəsində: qeydiyyat ünvanı göstərilməmişdir. İnzibati xəta haqqında məlumat hissəsində: inzibati xətanın törədildiyi yer Şamaxı, X4, 2 göstərilsədə ona məxsus olan KİA markalı **- XD-*** dövlət nömrə nişanlı avtomobil faktiki olaraq həmin tərixdə və həmin yerdə olmamış, inzibati xəta haqqında qərarın nömrəsi göstərilməmiş, poçta göndərilmə tarixi göstərilməmişdir. Həmçinin inzibati xəta ilə bağlı qərar kağız daşıyıcıda ona verilməmişdir. Odur ki, barəsində qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək izahat verib bildirdi ki, onun avtomobili həmin vaxt Heydər Əliyev prospektində olmuş, amma hal-hazırda bu barədə ancaq sübutu elektron protokolda olan fotoşəkildir, həmin fotoşəkildə parkın bir hissəsidir. O, Şamaxı rayonunda İqtisadiyyat Nazirliyinin Regional Bölməsində işləyir və iş yeri həmin protokolda çəkilən yerlə üzbəüzdür. Barəsində qəbul edilmiş 18 dekabr 2023cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında qərar natmam olduğundan ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 dekabr 2023-cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 16:34:04 radələrində “KİA SORENTO MİNİK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarından görünür ki, X1 barəsində qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında qərar, xx.xx.2023-cü il tarixdə onun şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X2 məxsus “KİA SORENTO MİNİK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə 3.27 dayanmaq qadağandır nişanından bir qədər irəlidə yolun sağında dayanmış vəziyyətdədir və X3 avtomobilin yanında deyil. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun: 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalı, hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməli, (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər), yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməli, nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. 69-cu maddəsinə əsasən 1.4 nişanlama xətti 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir Məhkəmə qeyd edir ki, 3.27 dayanmaq qadağandır nişanı həmin ərazidə bütün nəqliyyatların dayanmasını və durmasını qadağan edir. Bu nişanın təsir zonasında avtomobili növbəti yolayrıcına və ya təsir zonasının sonuna qədər məcburi dayanma olmasa saxlamaq olmaz. Məcburi dayanma isə sürücüdən asılı olmayan səbəblərdən nəqliyyat vasitəsinin saxlanılmasıdır. Bu nişanın qüvvəsi yolun yalnız nişan vurulmuş tərəfinə şamil edilir. Yəni, nişan yolun sağ tərəfində vurulubsa sol tərərfdə dayanmaq olar və ya əksinə solda vurulubsa sağda dayanmaq olar. Yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə nişanın qüvvəsi yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Dayanmaq qadağandır nişanı 1.4 “Sarı bütöv xətt” üfiqi nişanlanma ilə birlikdə tətbiq edilərsə bu zaman nişanın qüvvədə olduğu sahə xəttin uzunluğu ilə müəyyən edilir. Yəni, sarı bütöv xətt qurtardıqdan sonra dayanmaq olar. İş materiallarından görünür ki, X2 məxsus “KİA SORENTO MİNİK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 16:34:04-də 3.27 dayanmaq qadağandır və 1.4 nişanlama xətti olan yolun sağında dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 xx.xx.2023-cü il tarixdə saat 16:34:04 radələrində “KİA SORENTO MİNİK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 18 dekabr 2023-cü il tarixli EQ 18572381 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar