Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-89/2021 17.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Şamaxı rayonu, Əngəxaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 17.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs 10.03.2021-ci il tarixində Şamaxı rayon Əngəxaran kəndində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 10.03.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Şamaxı rayon İcra və probasiya şöbəsinin əməkdaşı ilə birlikdə rayon məhkəməsinin qətnaməsini icra etmək üçün Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs2 ünvanına getmiş, icra məmuru Zərərçəkmiş şəxs2 qapısını döymüş, təxminən 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs2 qapını açaraq icra məmuru ilə görüşmüş, icra məmuru qapıdan keçmiş, lakin o, qapından keçmək istədikdə Zərərçəkmiş şəxs2 onun sinəsindən yumruqla itələyərək qapıdan keçməyinə icazə verməmiş, bu səbəbdən də Zərərçəkmiş şəxs2la aralarında mübahisə yaranmış, təxminən 2 dəqiqə sonra səs-küyə bacıları Kübra, Nərminə və həyat yoldaşı Sevinc gəlmiş, bacısı Kübra Zərərçəkmiş şəxs2 söyüşlərinə görə iradını bildirmiş, təxminən 15 dəqiqə sonra icra məmuru baxış keçirilən yerə haradan baxmağa imkan olduğunu soruşduqda o, icra məmurunu öz həyətinə gətirmiş və həyətidən suyun ayrıldığı yerə baxış keçirilmiş, icra məmuru Zərərçəkmiş şəxs2 zəng edərək oraya çağırmış, Zərərçəkmiş şəxs2 oraya gəldikdə yenə aralarında mübahisə yaranmış, bu zaman Zərərçəkmiş şəxs2 ona qarşı bir neçə nalayiq ifadələr işlətdiyi üçün onun dediyi sözlərin özünə aid olmasını bildirmiş, baxışın baş tutmayacağını bildiryi üçün oradan ayrılmışdır. Həmçinin o, hadisə zamanı qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Zərərçəkmiş şəxs1 onun barəsində dediyi sözlər şər və böhtan xarakterlidir. Odur ki, iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verib bildirdi ki, 10.03.2021-ci il tarixində Şamaxı rayon İcra və Probasiya şöbəsinin əməkdaşı Pərvin adlı şəxs rayon məhkəməsinin qətnaməsinin icrası ilə bağlı ona zəng vuraraq gələcəyini bildirmiş, təxminən saat 16:30 radələrində İcra Şöbəsinin əməkdaşı qapıda olduğunu bildirmiş, o, qapını açdıqda icra məmurunun yanında əmisi Şəxs, bibisi Nərminə və Şəxs həyat yoldaşı Sevincin olduğunu görmüş, onlar onun həyətinə daxil olmaq istədikdə o, onları həyətinə buraxmamış, bu zaman Şəxs ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, o, qapını bağlıyaraq onları həyətinə buraxmamış, icra məmuru məhkəmənin qərarını icra etmək üçün Şəxs həyətinə keçmiş, təxminən 10 dəqiqə sonra icra məmuru ona zəng edərək həyətinin yuxarı hissəsinə, su xəttinin yanına çağırmışdır. O, qeyd olunan yerə getmiş, bu zaman icra məmuru, Şəxs, bibisi Nərminə orada olmuşdur. O, icra məmuru ilə söhbət edərkən Şəxs yenidən ona qarşı nalayiq ifadətmişdir. O, Şəxs ona qarşı nalayiq ifadələr işlətməməyini bildirmiş, lakin Şəxs yenə də öz hərəkətini davam etdirib ona qarşı nalayiq ifadələr işlətdiyi üçün, ona dediyi sözlərin özünə aid olmasını bildirmişdir. Bibisi Nərminə isə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 bu işi belə hala saldığını bildirmiş, daha sonra Şəxs qonşu Zərərçəkmiş şəxs1 ünvanına da nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verib bildirdi ki, 10.03.2021-ci il tarixində saat təxminən 16:30 radələrində həyətində iş görərkən qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2, əmisi Şəxs və bir neçə qadının uca səslə qışqıraraq mübahisə etdiklərini eşitmiş, onun Şəxsla münasibəti olmadığı üçün onların aralarında olan mübahisəyə heç bir münasibət bildirməmiş, daha sonra həmin şəxslərin səslərinin daha da artığını, Şəxs uca səslə onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş, lakin yenə də ona heç bir münasibət bildirməmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, 10.03.2021ci il tarixində saat təxminən 16:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1la həyətində kartof əkən zaman qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2, əmisi Şəxs və Rəşidin bacısı Aydəmirova Tuburə və həyat yoldaşı Aydəmirova Sevincin uca səslə mübahisə etdiklərini eşitmiş, bu zaman Şəxs nalayiq ifadələr işlətmişdir. Hadisə təxminən 1 saata yaxın davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verib bildirdi ki, 10.03.2021ci il tarixində hadisə baş verən zaman o, mətbəxin pəncərəsindən olanları görmüşdür. Hadisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs2 əmisi Şəxs həyətə daxil olmağa qoymadığı üçün Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin Şəxs hadisə zamanı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ünvanına da nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, həyat yoldaşı Şəxs icra məmuru ilə birlikdə Zərərçəkmiş şəxs2 qapısına getmiş, bu zaman Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı Şəxs vurmuş və təhqir etmişdir. Şəxs Zərərçəkmiş şəxs2 qarşı heç bir nalayiq ifadədən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, 10.03.2021ci il tarixində o, qardaşı Şəxs və icra məmuru ilə birlikdə Zərərçəkmiş şəxs2 qapısına getmiş, bu zaman Zərərçəkmiş şəxs2 əmisi Şəxs və onu həyətə daxil olmağa qoymayaraq vurmuş, lakin o, Zərərçəkmiş şəxs2 şikayətçi olmamışdır. Hadisə zamanı Şəxs heç bir nalayiq ifadədən istifadə etməmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun yaşını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-89/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-89/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver