Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-89/2025 31.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 və Şamaxı rayonu Yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Beylaqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Şamaxı şəhəri ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Şamaxı rayon Həmyə kənd yolunda xidməti istifadlərində olan KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Ziya Güliyevlə birlikdə xidmətdə olarkən onlarla qarşılıqlı hərəkətdə olan “Khazar LX minik” markalı nəqliyat vasitəsinin üzərində dövlət qeydiyyat nişanı olmadıqından tərəflərindən saxla işarəsi verərək saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü özünü təqdim etməyərək heç bir sənəd təqdim etmədən onlara qarşı kobud hərəkətlər edərək onların fəaliyətlərini qanunsuz olaraq çəkiliş edib öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar sürücünü nizam intizama dəvət edərək qanuni tələblərlərinə tabe olmağa dəvət etsələrdə sürücü onların tələblərini pozaraq maşına əyləşərək nəqliyyat vasitəsini idarə edib oradan uzaqlaşmışdır. Daha sonra onlar xidməti istifadələrində olan KİA markalı **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə əyləşərək polisin qanuni tələbinə qəsdən tabe olmayan və dövlət qeydiyyat nişanı olmayan “Khazar LX minik” markalı nəqliyat vasitəsinin arxasınca hərəkət edərək ona dəfələrlə nəqliyyat vasitəsini saxlamasını və polisin qanuni tələbinə tabe olmasını bildirsələr də, həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək nəqliyyat vasitəsini idarə edib Şamaxı şəhəri ərazisində yerləşən Şəhidlər Xiyabanının qarşısında saxlamış, daha sonra onlar “Khazar LX minik” markalı nəqliyat vasitəsinin sürücüsünü barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmiş və “Khazar LX minik” markalı nəqliyat vasitəsini duracağa təmin etmişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur, həmçinin Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və sürücülük vəsiqəsi olmadığı, “Khazar LX minik” markalı nəqliyat vasitəsindən çox avazlı səs siqnalı, qabaq və yan şüşələrin qadağan olunmuş formada örtülməsi məlum olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, müharibə iştirakçısı olmuş, qazi və əlildir. Onun sürücülük hüququ yoxdur, ona görə ki, görmə qabiliyyəti zəif olduğundan ona sürücülük vəsiqəsi verilməmişdir. Lakin o, rayonlara şəhid evlərinə çəkilişə getdiyindən məcbur olub avtomobil idarə edir. Nəqliyyat vasitəsi isə ona məxsusdur. Çox avazlı siqnalı isə xoşuna gəlib almış, amma inzibati xəta olduğunu bilməmişdir. Nəqliyyat vasitəsinə dövlət nömrə nişanı vurmamış və kənardan gələn işıq onun gözünə ziyan etdiyindən qabaq yan şüşələrini də örtmüşdür. Etdiyi əmələ görə peşmandır. İş materiallarında olan Şamaxı rayonu Yol patrul xidməti inspektoru, polis serjantı Dilqəm Mahmudov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Şamaxı rayon Həmyə kənd yolunda xidməti istifadlərində olan KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili DYPBnin YPX-nin inspektoru polis baş serjantı Ziya Güliyevlə birlikdə xidmətdə olarkən onlarla qarşılıqlı hərəkətdə olan “Khazar LX minik” markalı nəqliyat vasitəsinin üzərində dövlət qeydiyyat nişanı olmadıqından tərəflərindən saxla işarəsi verərək saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü özünü təqdim etməyərək heç bir sənəd təqdim etmədən onlara qarşı kobud hərəkətlər edərək onların fəaliyətlərini qanunsuz olaraq çəkiliş edib öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar sürücünü nizam intizama dəvət edərək qanuni tələblərlərinə tabe olmağa dəvət etsələrdə sürücü onların tələblərini pozaraq maşına əyləşərək nəqliyyat vasitəsini idarə edib oradan uzaqlaşmışdır. Daha sonra onlar xidməti istifadələrində olan KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə əyləşərək polisin qanuni tələbinə qəsdən tabe olmayan və dövlət qeydiyyat nişanı olmayan “Khazar LX minik” markalı nəqliyat vasitəsinin arxasıycan hərəkət edərək ona dəfələrlə nəqliyyat vasitəsini saxlamasını və polisin qanuni tələbinə tabe olmasını bildirsək də, həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək nəqliyyat vasitəsini idarə etdirib Şamaxı şəhəri ərazisində yerləşən Şəhidlər Xiyabanının qarşısında saxlamış, daha sonra onlar “Khazar LX minik” markalı nəqliyat vasitəsinin sürücüsünü barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər və “Khazar LX minik” markalı nəqliyat vasitəsini duracağa təmin etmişlər. RPŞdə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur, həmçinin Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və sürücülük vəsiqəsi olmadığı, “Khazar LX minik” markalı nəqliyat vasitəsindən çox avazlı səs siqnalı, qabaq və yan şüşələrin qadağan olunmuş formada örtülməsi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə Şamaxı rayonu Həmyə kəndində xidmət yoldaşı Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Ziya Güliyevlə birlikdə xidmətdə olarkən “Khazar LX minik” markalı üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə tərəflərindən saxlanılarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı üçün Şamaxı RPŞ-nin müvəqqəti duracağına gətirilmiş və avtomaşına baxış keçirilən zaman çoxavazlı səs siqnalı aşkarlanaraq tərəflərindən götürülmüşdür. İş materiallarından görünür ki, BB668518 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, KHAZAR LX” minik markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsaəsn şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə “KHAZAR LX” minik markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilməklə, “KHAZAR LX” minik markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş çoxavazlı səs siqnalı müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-89/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-89/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver