Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-9/2023 12.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Şəxs Şamaxı şəhəri Şirvan küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Şamaxı şəhəri, Şirvan küçəsində hərəkət edən maşınların hərəkətin dayandıraraq onların hərəkitinə maneə törətmiş, buna səbəb isə uşaqların həmin yolda oynamaqları olmuşdur. O, maşınların hərəkətinə maneə törətdiyi üçün polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək törətdiiyi hərəkətin qanunsuz olduğunu bildirərək onu nizam intizama dəvət etmişlər. O, isə cavabında onların ünvanına nalayiq ifadələr işlətmiş, sonra polis əməkdaşlarının göstərişi ilə polis şöbəsinə dəvət edilmişdir. O, etdiyi əmələ görə çox peşmandır və polis əməkdaşlarından etdiyi əmələ görə üzr istəmişdir. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis kiçik serjantı X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri Şirvan küçəsində PPXB-nin polis nəfərləri polis serjantı Taleh İsmayılov və PPXB-nin polis serjantı Samir Mirzəyev ilə birlikdə xidmətdə olan zaman adı onlara sonradan məlum olan bir nəfər şəxsin yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etmişlər və törətdiyi qayda pozuntusunu izah etdikdən sonra həmin şəxs nalayiq ifadələr işlətdiyi üçün tərəflərdən RPŞ-nə gətirilmişdir. Sonradan adı onlara məlum olan həmin şəxsin Şəxs olduğu məlum olunmuşdur. Sonra etdiyi əmələ görə çox peşman olduğunu bildirərək polis əməkdaşlarından etdiyi əmələ görə üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri polis serjantı X2 və PPXB-nin polis serjantı X6 şahid Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis kiçik serjantı X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:39 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.398 promildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ № 017657 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin PPXB-nin sahə nəfəri polis serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023cü il tarixdə Şamaxı şəhəri Şirvan küçəsində PPXB-nin polis nəfərləri polis kiçik serjantı Vahabov Kamil və PPXB-nin polis serjantı Taleh İsmayılov ilə birlikdə xidmətdə olan zaman adı onlara sonradan məlum olan bir nəfər şəxsin yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etmişlər və törətdiyi qayda pozuntusunu izah etdikdən sonra həmin şəxs nalayiq ifadələr işlətdiyi üçün tərəflərdən RPŞ-nə gətirilmişdir. Sonradan adı onlara məlum olan həmin şəxsin Şəxs olduğu məlum olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsaəsn inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-9/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-9/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver