Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-91/2025 03.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, Sabir sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Çarhan kəndində yerləşən göldə qanunsuz ov ilə məşğul olması müəyyən olunmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixində Azayev Samir və Camallı Niyazi ilə birlikdə olduğu zaman ov edərkən Çarhan gölündəykən polis əməkdaşı onlara yaxınlaşaraq onları qanunsuz bir fəaliyyət olduğunun bildirmişlər. Onlar, polis əməkdaşlarına ov etmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ov icazəsinin olduğunu demişdir. Daha sonra polis əməkdaşları onları Şamaxı Rayon Şöbəsinə dəvət etmişlər, məsələnin araşdırılacağının bildirmişlər. Ov zamanı heç bir qanunsuz çöl heyvanı onlar tərəfindən ovlanmamışdır. Qanuna uyğun olaraq 2 ədəd çöl ördəyi ovlamışlar və bütün rüsumların ödəniş qəbzləri üzərində mövcuddur. Onlara Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş ov icazəsinin kötüyünün surətini təqdim edərək onun xx.xx.2025-ci il tarixdə Sabir qəsəbəsində Pirsaat çay yatağında 3 ədəd ördək ovlamasına iczəsinin olduğunu bildirmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Pirsaat çayı və Çarhan gölü bir-birinə yaxın yerləşir. Onlar Pirsaat çayı ətrafında ov etmiş, piyada Çarhan gölü istiqamətinə gələrkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Orxan Osmanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Balağa Dəmirli ilə birlikdə Şamaxı rayonu, Çarhan kəndi ərazisində xidmətdə olan zaman 2 nəfər şəxsin ov tüfənglə ov etdiklərini görüb onlara yaxınlaşıb özlərini onlara təqdim edib törədiyi inzibati xətanı onlara izah edib və barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. RPŞ-də həmin şəxslər Şəxs, Şəxs və X3 olduğu məlum olmuşdur. İş materiallarında olan “mülki ov silahının götürülməsi barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayanlar Şəxs məxsus “MR-27” marklı, 12 kalibrli, ********* nömrəli qoşa lüləli və Şəxs məxsus “TOZ-34P” marklı, 12 kalibrli, 24660 nömrəli qoşa lüləli mülki ov silahları götürülürək Şamaxı Rayon Polis Şöbəsində saxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayon Çarhan kəndi yaxınlığında yerləşən gölün ətrafında ov edən şəxslər Şəxs, Şəxs və X1 mülki ov silahı ilə etdikləri mənşəyi məlum olan çöl ördəkləri 2 ədəd olmaqla götürülmüş və aktlaşdırılmışdır. İş materiallarında olan 4937 nömrəli, xx.xx.2021-ci il tarixli ovçuluq biletinin surətindən görünür ki, Şəxs ov etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AA 016768 nömrəli ov icazəsinin kötüyünün surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabir qəsəbəsində Pirsaat çay yatağında 3 ədəd ördək ovlamasına icazə verimişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun: 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridir. 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”na əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır Sadalanan normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ov etmək hüququnun xüsusi hüquq kimi yaranması ovçuluq bileti və ov etmək üçün icazə kimi sənədlərin (hüquqi faktların) mövcud olması ilə şərtləndirilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ovçuluq bileti mövcuddur və ona xx.xx.2025-ci il tarixdə Sabir qəsəbəsində Pirsaat çay yatağında 3 ədəd ördək ovlamasına icazə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun tərəfindən ov etmək qaydalarının pozulmasına yol verməmiş, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin tərkibini yaratmamışdır. Şəxs Çarhan gölü ətrafında ov etməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan, Şəxs məxsus olan “Toz-34P” markalı, 12 kalibirli, 24660 nömrəli qoşa lüləli mülki ov silahı sahibinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan, Şəxs məxsus olan “Toz-34P” markalı, 12 kalibirli, 24660 nömrəli qoşa lüləli mülki ov silahı sahibinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-91/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-91/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver