Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-92/2021 31.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 31.03.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati xətaya dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, tərtib olunmuş protokol aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilməli, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxılmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru X2 izahatında göstərdi ki, Şəxs 31.03.2021-ci il tarixdə saat 01:58 radələrində VAZ 2109 minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən yolayrıcını keçmə qaydalarının pozmuş, həmçinin Şəxs 14.01.2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə inzibati tənbeh olunmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahat verib bildirdi ki, o, 14.01.2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, bu səbəbdən də inzibati tənbeh edilmişdir. O, yenə 31.03.2021-ci il tarixdə saat 01:58 radələrində VAZ 2109 minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yol hərəkəti qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də əməlindən peşmandır və barəsində cərimə cəzasının seçilməsini xahiş edir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 31.03.2021-ci il tarixdə saat 01:50 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,55 promildir. İş materiallarında olan 15.01.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 14.01.2021-ci il tarixdə saat 23:31 radələrində VAZ 2109 minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yol hərəkəti qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 31.03.2021-ci il tarixdə saat 01:58 radələrində VAZ 2109 minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yol hərəkəti qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi barədə barəsində inzbati tənbeh vermə qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs həmin zaman izahatında protokola birdə sipirti içki içib maşın sürməyəcəyinə dair söz verməsini qeyd etmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs özü də etiraf etdiyi kimi nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmuş və bu hal onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə tənbeh aldığı 14.01.2021-ci il tarixdən sonra qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində yəni 31.03.2021-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzə alır. İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Buna görə də Şəxs törətdiyi əməl yəni nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh aldığı tarixdən sonra qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzə alına bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs islah olunması üçün cərimə növündə cəzanın seçilməsi kifayət deyil. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 6 (altı) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 31 mart 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 6 (altı) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati xətalara dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin, tərtib olunmuş protokol aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. İnzibati həbs etmənin əvvəli 31 mart 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-92/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-92/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver