Məhkəmə qərarları › İş №3(074)-92/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-92/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-92/2022 04.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şamaxı rayonu, Dədəgünəş anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ünvan 2ində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 04.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 725/2020 saylı, 05.10.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 07.11.2019-cu il tarixli RGTK1614866A115 saylı kredit müqaviləsi üzrə 3719,72 manat əsas, 702,45 manat faiz borcu olmaqla, cəmi 4422,17 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Eyni zamanda Şamaxı rayon Məhkəməsinin 2(074)-174/2021 saylı, 01.02.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə 01.08.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 20 manat cərimə, 27.10.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 50 manat cərimə, 28.10.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə cəmi 5400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərində göstərilmiş tələbi icra etməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Şəxs isə izahat verərək barəsində olan icra sənədində göstərilmiş məbləğləri ödəmək istəmədiyini bildirmişdir Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, hal-hazırda sürücü işləyir. Rəsmi işləri qış ayları olduğundan dayandırılıb, iş olduqca işləyir. Aylıq qacancı 600 manat təşkil edir. Uşağı xəstə olduğu üçün, kirayədə qaldığı üçün borcundan hər hansı bir ödəniş olunmayıb. Pulu götürüb qohumuna verib, elə bilmiş ki, həmin şəxs ödənişlər edir, amma nəticədə heç bir ödəniş olunmayıb. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs pulu götürüb qohumuna verib, elə bilib ki, həmin şəxs ödənişlər edib, amma nəticədə heç bir ödəniş olunmayıb. Müdafiəçi uşağının xəstə olmasını, imkansızlığını və işsiz olmasını nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-725/2020 saylı, 05.10.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 07.11.2019-cu il tarixli RGTK1614866A115 saylı kredit müqaviləsi üzrə 3719,72 manat əsas, 702,45 manat faiz borcu olmaqla, cəmi 4422,17 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-174/2021 saylı, 01.02.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 01.08.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 20 manat cərimə, 27.10.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 50 manat cərimə, 28.10.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə cəmi 5400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan 10.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan 05.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan borclu Şəxs ünvanlanmış 03.05.2021-ci il tarixdə xəbərdarlığın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli (074)-174/2021 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq 24 may 2021-ci il tarixə kimi tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon İcra və Probasiya Şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi istintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-92/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, ünvan 2ində qeydiyyatında olan xx.xx.1995-ci il təvəllüdlü Şəxs Şamaxı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(074)-174/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan 10.09.2021-ci il tarixdə borclu Şəxs tərəfindən Şamaxı İcra və Probasiya şöbəsində vermiş olduğu izahatının surətindən görünür ki, borclu Şəxs bildirmişdir ki, hər-hansı bir ödəniş etməyib, sentyabr ayından işləməyə başlamış, artıq işlədiyindən hər ay mütəmaddi olaraq 200 manat ödəniş edəyəcəyinə söz vermişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Dədəgünəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 31.08.2021-ci il tarixli, 50 saylı məktubun surətindən görünür ki, Şəxs Şamaxı rayonu Dədəgünəş kəndində qeydiyyatda olmasına baxmayaraq, o, uzun müddətdir ki, Abşeron rayonunda yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nin Dədəgünəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 22.09.2021-ci il tarixli, 57 saylı məktubun surətindən görünür ki, Şəxs Şamaxı rayonu Şərədil kəndində qeydiyyatda olmasına baxmayaraq, o, hal-hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 06.09.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 2i ünvanında qeydiyyatında olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 08.02.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 2ində qeydiyyatında olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 04 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs borclu olduğu Şamaxı rayon Məhkəməsinin 2(074)-174/2021 saylı, 01.02.2021-ci il tarixli və olduğu Şamaxı rayon Məhkəməsinin 2(074)-725/2020 saylı, 05.10.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10(on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 mart 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar