Məhkəmə qərarları › İş №3(074)-94/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-94/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-94/2022 05.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 05.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(074)-799/2021 saylı icra sənədinə əsasən Şamaxı rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(074)-846/2019 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 13.12.2008-ci il təvəllüdlü X3 və 13.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş təqdim edilmişdir. Borclu müəyyən aralarla ödənişlər etmiş, amma ödənişlər etsə də, məbləği az olmuşdur. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Odur ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş və maddi imkanı çatan qədər borcundan ödənişlər edib. Sonuncu dəfə isə 01.03.2022-ci il tarixdə 200 manat ödəyib. Hal-hazırda icra sənədi üzrə zərəçəkmiş şəxs (tələbkar) X2 borcundan 200 (iki yüz) manat ödəməyə hazırdır, qalan borcunu isə çalışıb hissə-hissə ödəyərək aliment borcunu bitirəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır, amma bugün ki, vəziyyətdə Şəxs icra sənədinin icrasından yayınmayış, müxtəlif vaxlarda ödənişlər etmişdir. Hal-hazırda icra sənədi üzrə zərəçəkmiş şəxs (tələbkar) X2 borcundan 200 (iki yüz) manat ödəməyə hazırdır, qalan borcunu isə çalışıb hissə-hissə ödəyərək aliment borcunu bitirəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) Bilalova (Quliyeva) Şəlalə Zirəddin qızı məhkəməyə teleqram göndərək səhhəti ilə bağlı iclasda iştirak edə bilməməsi və borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(074)-799/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(074)-846/2019 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 13.12.2008-ci il təvəllüdlü X3 və 13.04.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08.09.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-799/2021 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən X2 31.01.2022-ci il tarixdə 200 manat, 03.02.2022-cii il tarixdə 128 manat, 01.03.2022-ci il tarixdə 200 manat, məbləğində pul köçürməsi olmuşdur. 05.03.2022-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, Şəxs 200 manat pulu tələbkar X2 təhvil verilməsi üçün icra məmuru X5 vermişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş, maddi imkanın yol verdiyi həddə borcundan ödənişlər etmiş və sonuncu dəfə 05.03.2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar