Məhkəmə qərarları › İş №3(074)-94/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-94/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-94/2024 22.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etməsi ilə əlaqədar HK-2/198 saylı məlumat daxil olmuşdur. Məlumatda onun mütəmadi olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq iş rejimini pozması bildirilmişdir. Araşdırma zamanı Şəxs yaşadığı ünvana Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Toğrul Ağayev ilə birlikdə getdikdə o, sərxoş vəziyyətdə onları nalayiq ifadələrlə təhqir etmişdir. Onlar onu nizam intizama dəvət etsə də o, əməlini davam etdirmişdir. Bu səbəbdən rayon polis şöbəsinə gətirilmişdir. Ələvə olaraq birdirdi ki, şöbəyə gətirilən zaman sərxoş vəziyyətdə olmuş və nalayiq ifadələr işlətməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs inzibati qaydada tutulmuş lakin bir neçə saatdan sonra onun əlil olduğu müəyyən edildiyindən sərbəst buraxılmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ad günü ilə əlaqədar olaraq spirtli içki qəbul etmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub müraciət etmişdir. Müraciəti ilə əlaqədar Şamaxı RPŞ-nin əməkdaşları onun ünvanına gəldiklərini görüb onların ünvanına nalayiq ifadələr işlətmişdir. Əlavə olaraq bildirdi ki, onun şikayəti 102 xidmətindən idi, onun şikayətinə baxmırlar. Buna görə də nalayiq ifadələr işlətmişdir. Özü 2-ci dərəcəli ömürlük əlildir. Bəlkə də, 150 dəfə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurmuşdur. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri X3 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etməsi ilə əlaqədar HK-2/198 saylı məlumat daxil olmuşdur. Məlumatda mütəmadi olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq iş rejimini pozması bildirilmişdir. Araşdırma zamanı Şəxs yaşadığı ünvana Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 ilə birlikdə getdikdə o, sərxoş vəziyyətdə onları nalayiq ifadələrlə təhqir etmişdir. Onlar onu dəfələrlə nizam intizama dəvət etslərsə də o, əməlindən əl çəkməyərək davam etmişdir. Bu səbəbdən rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019682 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etməsi ilə əlaqədar HK- 2/198 saylı məlumat daxil olmuşdur. Məlumatda mütəmadi olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq iş rejimini pozması bildirilmişdir. Araşdırma zamanı Şəxs yaşadığı ünvana Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Toğrul Ağayev ilə birlikdə getdikdə o, sərxoş vəziyyətdə onları nalayiq ifadələrlə təhqir etmişdir. Onlar onu nizam intizama dəvət etsələr də o, əməlindən əl çəkməyərək davam etmişdir. Bu səbəbdən rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan Şəxs məxsus vəsiqənin surətindən görünür ki, Şəxs ikinci dərəcəli ömürlük əlildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar