Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-96/2025 25.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, və Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X3 iştirakı ilə, xx.xx.2000-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə Seyfətdin Alxanov və Samir Azayev ilə birlikdə olduğu zaman polis əməkdaşı onlara yaxınlaşaraq onları qanunsuz ov fəaliyyəti ilə məşğul olmasını bildirərək onları poli şöbəsinə aparmışlar. Belə ki, o, həmin vaxt heç bir ov fəaliyyəti ilə məşğul olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olur və Seyfətdin Alxanov və Samir Azayevi ov etmək üçün aparmışdır. Qeyd olunanlara əsasən onun barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə Azayev Samir, Alxanov Seyfətd və Şəxs birlikdə olduğu zaman polis əməkdaşı onlara yaxınlaşaraq etdikləri əməlin qanunsuz olduğunu bildirmişdir. Həmin vaxt Şəxs ona məxsus olan nəqliyyat vasitəsini idarə edirdi. Baxış zamanı 2 ədəd ov silahı aşkar edilmiş, lakin Şəxs aşkar edilməmişdir. O, polis əməkdaşına bildirmişdir ki, onun ov ilə heç bir əlaqəsi yoxdur, o sadəcə sürücü qismində Azayev Samir və Alxanov Seyfətdin ondan xahiş etdikəri üçün onları Çarhan Gölü ərazisinə gətirmişdir. Daha sonra polis əməkdaşı onları polis şöbəsinə dəvət etmiş, məsələnin araşdırılacığını bildirmişdir. Ov zamanı heç bir çöl heyvanı onun tərəfindən ovlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Orxan Osmanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Balağa Dəmirli ilə birlikdə Şamaxı rayonu, Çarhan kəndi ərazisində xidmətdə olan zaman 2 nəfər şəxsin ov tüfənglə ov etdiklərini görüb onlara yaxınlaşıb özlərini onlara təqdim edib törədiyi inzibati xətanı onlara izah edib və barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. RPŞ-də həmin şəxslər Şəxs, X5 və Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan “mülki ov silahının götürülməsi barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayanlar X2 məxsus “MR-27” marklı, 12 kalibrli, ********* nömrəli qoşa lüləli və X1 məxsus “TOZ-34P” marklı, 12 kalibrli, 24660 nömrəli qoşa lüləli mülki ov silahları götürülürək Şamaxı Rayon Polis Şöbəsində saxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayon Çarhan kəndi yaxınlığında yerləşən gölün ətrafında ov edən şəxslər X6, X5 və Şəxs mülki ov silahı ilə etdikləri mənşəyi məlum olan çöl ördəkləri 2 ədəd olmaqla götürülmüş və aktlaşdırılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Çarhan kəndində yerləşən göldə ov fəaliyyəti ilə məşğul olmamış, o, taksi fəaliyyəti ilə məşğul olduğundan Seyfətdin Alxanov və Samir Azayevi ov etmək üçün həmin əraziyə aparmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-96/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-96/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver