Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-97/2022 18.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 18:40 radələrində Şamaxı şəhərində avtovağzal dairəsi yaxınlığında yol hərəkəti qaydalarını pozmuş və sonradan səs küy salaraq ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixə dostu X10 ilə birlikdə özlərinə məxsus TOYOTA LAND CRUİSER minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Şamaxı rayonundan keçən hissəsində yol ayrıcına daxil olduqları zaman həmin ərazidə xidmətdə olan YPX-nin əməkdaşları idarə etdikəri avtomobilə saxla işarəsi vermişlər. Dostu Azər avtomobili dayandırdığı zaman o, özünə məxsus smartfon tipli mobil telefon vasitəsi ilə “Tik-Tok” sosial şəbəkəsində canlı yayıma qoşularaq izləyiciləri ilə söhbət edirmiş, YPX-nin əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etdikdən sonra onlara etdikləri qanun pozuntusunu izah edərək sənədləri təqdim etməklərini tələb etmişdir. Həmin vaxt telefonunu polis əməkdaşlarına tərərf tutaraq onları sosoial şəbəkədə müzakirə etməyə başlamış və onlarla aqresiv danışmış və avtomobil ona məxus olduğu üçün dostu Azər sənədləri YPX-ti əməktaşlarına təqdim etməmiş və o da təqdim etməsinə maneçilik törətmiş, sonra aralarında mübahisə yaranmışdır. O, avtomobildən yerə düşdüyü zaman mobil telefonu yerə düşmüş və bu səbəbdən sınmışdır. YPX-ti əməkdaları onları nizam intizama dəvət etsələrdə aralarında yaranan sözlə mübahisənin dahada böyüməməsi zərurətinin yarandığını düşünərək həmin yerə PPX-nin əməktaşlarını dəvət etmişlər, ora gələn polis kapitanı və yanındakı polis nəfərəri ilk öncə onları qanun pozuntusuna yol verdiklərini və nizam intizama çağıraraq tabesizlik göstərməməklərini onlara bildirmişlər və əks halda barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə aparılacaqlarını onlara bildirmişlər. Sonra orada səs küy yaranması ətrafdakı insanların ora toplanması artıqca polis əməkdaşları onları PPX-nin avtomobilinə mindirərək rayon polis şöbəsinə gətirmişlər. Odur ki, Şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPBnin inspektoru X3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən saat 18:40 radələrində Şamaxı RPŞ-nin DYPB-nə məxsus “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında YPX-nin inspektorları polis baş serjantları X9 və X2 ilə birlikdə Şamaxı şəhəri avtovağzal dairəsində xidmət aparan zaman TOYOTA LAND CRUİSER minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol verin” 2.4 yol nişanının tələbini pozduğu üçün həmin avtomaşına saxla işarəsi vermişlər, sürücü avtomaşını yolun sağ hissəsində saxlamışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sürücüyə pozduğu qayda pozuntusunu izah etmiş, sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücünün yanında əyləşən sonradan onlara məlum olmuş ki, avtomaşının etibarnamə ilə sahibidir. Həmin sürücünün onunla olan dialoquna maneçilik törədərək sürücünün ad, soyadını dedi ata adını deməsinə və sənədlərini təqdim etməsinə qoymadı. O, sürücünü və sərnişini dəfələrlə nizam intizama dəvət etsələrdə nə sürücü nə də yanındaki sərnişin avtomaşının sənədlərini təqdim etməmişlər. O, sürücüyə dəfələrlə bildirmiş ki, onlar polisin qanuni tələblərinə qəsdən tabe olmurlar. Onlar rabitə vasitəsi ilə növbətçi hissədən həmin əraziyə kömək çağırmışlar, ərazidə olan PPX-nin naryadları həmin əraziyə gəlmiş və sürücünü, yanındaki şəxsi Şamaxı RPŞ-nə gətirmişlər. Məhkəmədən X10 barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin polis əməkdaşları X5, X9, X2, X4, X11 və X1 RPŞ-nin DYPB-nin inspektoru X3 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan BB № 018993 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı, zərərçəkmiş şəxsin eyni zamanda şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini, zərərçəkmiş şəxsdən üzr istəməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalı, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunacaq cərimə azaldılmalı və o, məhkəmə zalında dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50(əlli) manata azaldılsın və qəti olaraq 150 (yüz əlli) miqdarında inzibati cərimə edilsin və o, məhkəmə zalında həbsdən dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-97/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-97/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver