Məhkəmə qərarları › İş №3(074)-98/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-98/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-98/2022 18.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN № ******* saylı, 18.05.2021-ci il tarixli qərarının icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, hal-hazırda işsizdir, onun barəsində tətbiq edilmiş cəriməni ödəyəmə maddi imkanı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN № ******* saylı, 18.05.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000(dörd min) manat miqdarında inzibati cərimə edilmişdir. Tətbiq edilmiş cəriməni ödəməsi barədə Şəxs bildiriş göndərilmiş, ona yazılı və şifahi formada xəbərdarlıq edilsə də, o, barəsində tətbiq edilmiş cərimə borcunu ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN № ******* saylı, 18.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000(dörd min) manat miqdarında inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan 29.10.2021-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN № ******* saylı, 18.05.2021-ci il tarixli qərarı əsasında Şamaxı rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 29.10.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN № ******* saylı, 18.05.2021-ci il tarixli qərarı üzrə borcunu könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun və şahidin məhkəmə iclasında vermiş olduğu izahatla, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailəli və himayəsində uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, məsuliyyətinin yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan ictimai işlər növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 saat ictimai işlər cəzası təyin edilsin. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar