Məhkəmə qərarları › İş №3(074)-98/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-98/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-98/2025 18.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs məxsus 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər Şəxs və X2 13.338 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi və ekspertiza tədqiqatın dəyəri kimi 200 manat cavabdehlər Şəxs və X2 alınıb Məhkəmə Ekspertiza Mərkəzi X1 ödənilməlidir. Həmin icra sənədi şöbənin icraatına daxil olduqdan sonra, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Bununla belə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrasından yayınmış və hazırda borclunun icra sənədi üzrə borcu ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs məxsus 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər Şəxs və X2 13.338 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi və ekspertiza tədqiqatın dəyəri kimi 200 manat cavabdehlər Şəxs və X2 alınıb Məhkəmə Ekspertiza Mərkəzi X1 ödənilməlidir. Həmin icra sənədi üzrə borc məbləğini birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin icra sənədi üzrə 7000 manat kredit götürüb ödəməyə malik olduğu və qalan borcunu ayda hissə-hissə ödəməyə malik olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs məxsus 2014cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər Şəxs və X2 13.338 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi və ekspertiza tədqiqatın dəyəri kimi 200 manat cavabdehlər Şəxs və X2 alınıb Məhkəmə Ekspertiza Mərkəzi X1 ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanun normalarını əsas tutaraq, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar