Məhkəmə qərarları › İş №3(075)-1/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1/2022 18.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Laçın rayonu, Hacısamlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Laçın rayonu, Hacısamlı kəndində qeydiyyatda olmaqla Şəki rayonunun Sarıca kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 18 dekabr 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və X2 Sənani Eyvaz oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-842/2018 nömrəli, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-842/2018 saylı, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. İcra sənədi 29.04.2018-ci ildə Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Sonrakı dövrlərdə borclu tərəfindən icra sənədi üzrə ödənişlər edilsə də hazırda onun 1250 manat aliment borcu yaranmışdır. Həmçinin borclu dəfələrlə icra şöbəsinə çağırılmış, gəlməmiş, yeri barədə dəqiq məlumat verməmiş, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclu yaşayış yerini dəyişdiyi halda icra məmuruna məlumat verməli olduğu halda məlumat verməmiş, yeri məlum olmadığından axtarışa verilmiş, 18.12.2020-ci il tarixdə polis tərəfindən tapılaraq şöbəyə gətirilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına neç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu müxtəlif zamanlarda aliment ödənişi etmiş və 2020-ci ilin sentyabr ayına 650 manat borcu qalmışdır. Hal-hazırda isə borclunun 1250 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranması səbəbi kimi pandemiya ilə əlaqədar işləyə bilməməsi və buna görə də maddi imkansızlığı ilə əlaqələndirmişdir. Borclu Şəxs barəsində inzibati protokol tərtib edildikdən sonra o, aliment borcundan 300 manat ödəmiş və geri qalan borcunu isə 3 gün ərzində ödəyəcəyinə söz vermişdir. Şəki rayon məhkəməsinin 18.12.2020-ci il tarixli 3(075)-701/2020 saylı qərarı ilə Şəxs barəsində olan inzibati işə xitam verilmişdir. Lakin zərərçəkmiş şəxs X1 Rayon Məhkəməsinin 18.12.2020-ci il tarixli 3(075)-701/2020 saylı qərarından narazı qalmış apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-23/2021 nömrəli, 28.01.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 18.12.2020-ci il tarixli 3(075)- 701/2020 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Bildirmişdir ki, borclu Şəxs Şəki Rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli məhkəmə iclasına üzürlü səbəb göstərmədən qəsdən gəlməkdən boyun qaçırmış və məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 3 (075)-103/2021 saylı qərarı ilə borclu Şəxs haqqında axtarış elan edilmiş və qərarın axtarışla bağlı hissəsi Şəki ŞRPŞ-ya həvalə edilmişdir. Lakin borclu Şəxs axtarışa verilməsi qərarından 1 ildən çox müddət keçməsinə baxmayaraq o tutularaq Şəki Rayon Məhkəməsinə gətirilməmişdir. Qanuna müvafiq qərar verilməsini məhkəmənin səlahiyyətinə buraxır. 18 dekabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-842/2018 saylı, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən ondan hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. İcra sənədindən məlumatı var, icra məmurunun qəbul etdiyi qərar və bildirişi almışdır. O, aliment borcundan müxtəlif zamanlarda həm aylıq həm də toplu şəkildə müəyyən ödənişlər etmişdir. Lakin 2020-ci ilin sentyabr ayına 650 manat borcu qalmışdır. Karantin rejimi ilə əlaqədar işləmədiyi üçün sonrakı dövrlərdə aliment borcunu tam şəkildə ödəməkdə çətinlik çəkmiş və ödəyə bilməmişdir. Göstərmişdir ki. borcundan 300 manatını bu gün ödəmiş, qalan borcunu isə əgər məhkəmə ona 3 gün müddət verərsə çalışıb ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək göstərmişdir ki, Şəxs axtarışa verilməsindən və onun 18.12.2020-ci il tarixdə inzibati xəta törətməsindən 1 il, 5 ay vaxt keçmişdir. Hesab etmişdir ki, Şəxs axtarışla tapılıb gətirilsə belə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-842/2018 saylı, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməlidir. Lakin borclu indiyədək öz borcunu tam şəkildə ödəməmişdir. Borclu məhkəmə iclasına gəlmədiyi üçün axtarışı elan edilmiş, lakin tapılaraq məhkəməyə gətirilməmişdir. 18.12.2020-ci il tarixdən sonra borclu ilə əlaqə saxlamamışdır. Lakin bu yaxınlarda borclu ilə telefonda danışmışdır. Borclu hazırad Qarabağ zonasında olduğunu demişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Şəki Rayon Məhkəməsinin 18.12.2020-ci il tarixli, 3(075)- 701/2020 saylı qərarı ilə borclu barəsində olan inzibati iş üzrə icraata xitam verilmiş, lakin tələbkar X6 narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-23/2021 nömrəli, 28.01.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 18.12.2020-ci il tarixli, 3(075)- 701/2020 saylı qərarı ləğv edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 3(075)-103/2021 saylı qərarı ilə borclu barəsində axtarış elan edilmiş və qərarın axtarışla bağlı hissəsi Şəki ŞRPŞ-ya həvalə edilmişdir. Göründüyü kimi, borclu barəsində 31.03.2021-ci il tarixdə axtarış elan edilmişdir. Lakin o axtarışa verildiyi vaxtdan 1 ildən də artıq vaxt keçməsinə baxmayaraq tapılaraq məhkəməyə gətirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, borclunun inzibati xəta törətdiyi 18.12.2020-ci il tarixdən 1 il 5 ay müddət keçmişdir. Buna görə də məhkəmə İXMnin 38.5-ci maddəsinin tələbləri rəhbər tutaraq hazırkı inzibati iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar