Məhkəmə qərarları › İş №3(075)-1/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1/2025 20.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, mal-qara ötürən Şəxs tərəfindən 1 baş inəyini yolda nəzarətsiz qoymasına görə xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində X5 idarə etdiyi “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili ilə Şəki rayonunun Qoxmuq kəndi ərazisində, Şəki Qax yolunun 6-cı kilometrliyində avtomobil yolun hərəkət hissəsində inəyi vuraraq yolun sağ ehtiyyat hissəsinə atması ilə inək ölmüş, avtomobilin su radiatoru, kondisioner radiatoru,sağ fara, dumanı fara, orta bamper, eynək fara, padnoşka və korpusu kimi ehtiyat hissələrinin sıradan çıxmasına görə 3280 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-1/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanını törətməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş üzrə inzibati xətanı törətməkdə təqsirli bilinən şəxs Şəxs şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 21 fevral 2025-cü il tarixli, 3(075)-1/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən xx.xx.2024-cü il tarixdə qəza nəticəsində DAF FTXF 105 460T” markalı, 08-BK299 dövlət qeydiyat nişanlı avtomobili bir baş iribuynuzlu inəyi vurarkən Şəxs məxsus inəyin asfalt örtüklü magistral yolun kənarında olub-olmamasını, inəyin asfalt örtüklü magistral yolun kənarında olubsa hansı məsafədə olmasını müəyyən etməmiş, bu xüsusdа аvtоmоbilin inəyi аsfаlt yоlun üstündə vurmаsı bаrədə inzibаti xətа hаqqındа prоtоkоlu tərtib etmiş şəxsin izаhаtı ilə аvtоmаşının inəyi аsfаlt yоldаn kənаrdа vurmаsı bаrədə bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin və şаhid İsmаyılоv Аrzumаn Möhlud оğlunun izаhаtlаrı və işdə оlаn inəyin yerləşdiyi yerin fоtоşəkilləri аrаsındа оlаn ziddiyyəti аrаşdırmаmış və оnа hüquqi qiymət verməmiş, həmçinin Şəxs оğlunun və şahid qismində dindirilmiş X3 izаhаtlаrınа əsаsən hаdisə zаmаnı “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yəhərli dartıcı yük avtomobilin qarşısına ağ rəngli “hyundai” markalı minik avtomobilinin çıxmаsı, həmin minik avtomobilinin ötmə əməliyyatı etməsi, yük avtomobilinin qəza baş verməməsi üçün yolun kənar hissəsinə çıxmаsı və Qurban Оsmаnоvа məxsus bir baş iri buynuzlu inəyi vurmаsı xüsusаtını аrаşdırmаmış və оnа hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs V Tağım YPX inspektoru, polis baş serjantı X13 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X7 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15:32 radələrində xidmətdə olduqları zaman Şəki Qax yolunun 6-cı km-də “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yəhərli dartıcı yük avtomobili bir baş inəyi vurmuş, qəza baş vermişdir. Onlar qəzadan sonra hadisə yerinə yaxınlaşmışlar. Qəza nəticəsində xəsarət alan olmamışdır. Tələf olan bir baş inək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus olmuşdur. Qəza nəticəsində X5 etibarnamə əsasında idarə etdiyi “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yəhərli dartıcı yük avtomobilinə maddi zərər dəymişdir. Qəza asfalt örtüklü yolun hərək istiqamətində baş vermiş, yük avtomobili yoldan çıxmamışdır. Sürücünün sərxoşluq vəziyyəti hadisə yerində alkotester vasitəsilə yoxlanılmış, sürücü sərxoş olmamışdır. Bir baş iri buynuzlu inək asfalt örtüklü yolun üzərində olmuşdur. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 14:30 radələrində, etibarnamə ilə idarə etdiyi “DAF FTXF 105 460T” markalı və **- BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəki-Qax avtomobil yolunun 6-cı kilometrində, Qax rayonu istiqamətində hərəkətdə olarkən nəzarətsiz qalmış inəklə qarşılaşmış və avtomobilin sürəti 50-60 km/saat olmuş, avtomobildə 42 ton yük olduğu üçün hadisənin qarşısını almaq imkanını itirmişdir. Nəqliyyat vasitəsi qarşıdan gələn digər avtomobilin olması səbəbi ilə inəyi vurmaqdan yayına bilməmişdir. Hadisə zamanı, avtomobilin 42 ton yük daşıması səbəbi ilə avtomobili dərhal dayandıra bilməmiş və yolun hərəkət istiqamətində sağa doğru hərəkət edərək avtomobili irəliyə çəkmişdir. Sonra, hadisə yerindən uzaqlaşmadan polislərə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra, onun sərxoş olub-olmaması yoxlanılmış və hər hansı sərxoşluq halı aşkar edilməmiş , hadisə yerinə baxış keçirilmiş, sxem tərtib edilmiş, izahatlar alınmışdır. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 05 sentyabr 2024-cü il tarixində, saat 14:30 radələrində, Şəki rayonu Qoxmuq kəndi ərazisində, “DAF FTXF 105 460T” markalı və **-BK-*** dövlət qeydiyyat nişanlı yəhərli yük avtomobili ona məxsus olan böyük iribuynuzlu inəyi vurmuşdur. Hadisə yerinə gəldiyi zaman, inəyin hərəkət zolağının kənarında dayandığını müşahidə etmişdir. Sürücünü görmədiyindən, zənn etmişdir ki, malı vurub keçdikdən sonra hadisə məkanını tərk etmişdir. Bu səbəbdən, ifadəsində bildirmişdir ki, inək asfalt örtüklü yolun üzərində deyildi və yük avtomobili hərəkət zolağından kənara çıxmışdır. İnək arxa hissədən vurulmuş və yük avtomobili inəyi vurub keçmişdir. Güzgünün arxa kapronu qırılmış və yerə tökülmüşdür. O, hadisə yerindən kənara çıxaraq kənd sakinlərini çağırmağa getmişdir. Geri qayıtdıqda isə görmüşdür ki, yük avtomobili inəyi vurduqdan sonra yolun hərəkət istiqamətində irəli doğru hərəkət edərək döngəni keçmiş və yolun sağında saxlamışdır. Sürücü isə hadisə yerini tərk etmədən polis əməkdaşlarına zəng etmişdir. Sürücünün ona dəyən maddi ziyanı tələbi ilə bağlı narahatlığından, protokolu qəbul etməmişdir. Maddi imkanlarının həmin ziyanı ödəməyə yetərli olmadığını bildirmişdir. Lakin, daha sonra məlum olmuşdur ki, sürücünün ondan maddi ziyan tələbi yoxdur. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında mexanika-avtomobillər üzrə təhsilli mütəxəssis qismində dindirilmiş X4 izahatında bildirdi ki, içərisində 42 ton yükü olan ağır yük avtomobilinin 50- 60 km/saat sürətlə üzü aşağı hərəkət edərkən qarşısına çıxan maneəni gördüyü halda dərhal əyləci basaraq avtomobili qısa məsafədə saxlaması mümkün deyil. İş materiallarına əlavə edilmiş: V Tağım YPX inspektoru, polis baş serjantı X17 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP-531832 saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə İXM-nin 338.7-ci maddəsinin tələblərini pozaraq X8 məxsus “DAF FTXF 105 460T” markalı, **-BK- *** dövlət qeydiyat nişanlı yük avtomobilə maddi ziyan vurduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 465 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X6 alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı avtomobilə 3280 manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yük avtomobili asvalt örtüklü magistral yolun üzərində bir baş iribuynuzlu inəyi vurmuşdur. Foto şəkillərdən görünür ki, baş vermiş qəza hadisəsi nəticəsində bir baş iribuynuzlu inək tələf olmuş, “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı dövlət qeydiyat nişanlı yük avtomobilin qabaq hissəsi əzilmişdir. CD diskdəki videogörüntülərdən görünür ki, hadisədən sonra polis əməkdaşları qəza baş verən əraziyə yaxınlaşmışlar, qəza yerinin sxemi tərtib olunmuş, sürücü X1 vəziyyəti alkotester vasitəsilə yoxlanılmış, sərxoşluq aşkar edilməmişdir. Qəza nəticəsində “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı dövlət qeydiyat nişanlı yük avtomobilinin qabaq hissəsi əzilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin ifadələri həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-109/2025 nömrəli və xx.xx.2025-ci il tarixli qərarına münasibətdə, məhkəmə hesab edir ki, hadisənin baş verdiyi yer və inəyin mövqeyinə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə, Şəki Rayon Məhkəməsi tərəfindən müvafiq dövlət qurumlarına sorğular göndərilmiş və hadisənin baş verdiyi günə aid videomüşahidə materiallarının əldə olunması üçün müraciətlər edilmişdir. Lakin, iş materiallarında sorğuya cavab olaraq göndərilmiş məktublarda qeyd edilmişdir ki, müvafiq arxivlərin saxlanma müddətinin bitməsi səbəbindən, qeyd olunan videomüşahidə görüntülərinin təqdim olunması mümkün olmamışdır. Əlavə olaraq, şahid qismində ifadə verən X3 hadisənin baş verdiyi zamanın axşam saatlarına aid olduğunu bildirməsinə baxmayaraq, məhkəmə materialları və təqdim olunan sübutlar göstərir ki, hadisə günorta saatlarında baş vermişdir və bu, şahidin hadisəni görmədiyini təsdiqləyir. İş materiallarına əlavə edilmiş sənədlər, foto şəkillər və hadisənin yerinin video çəkilişlərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə İXM-nin 338.7-ci maddəsinin tələblərini pozaraq X8 məxsus “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yük avtomobilə maddi ziyan vurmuşdur. Belə ki, Şəxs və müdafiəçisi hadisənin baş verməsində “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yük avtomobilinin sürücüsü X9 təqsirli bilərək sürücünün hadisə vaxtı yük avtomobilini yoldan çıxararaq yolun kənarında inəyi vurduğunu, inəyin yolun asfalt hissəsində olmadığı, hadisə baş verən vaxt inəyin öldüyü yerdə vurulduğunu, həmin yerdə yük avtomobilinə məxsus təkər izlərinin olduğunu, yük avtomobilinin sağ güzgüsünün qırılmasının inəyə dəyərək yaranmış təsirdən yox, avtomobilin yoldan çıxaraq yolun kənarında olan ağaclara dəyməsindən yarandığını, həmin ağacların qırılmış budaqlarının yük avtomobilinin kuza hissəsində ilişib qaldığını, inəyin hadisə baş verən vaxt sürünmədiyini, onda sürtünmə izlərinin olmadığını bildirmişlər. Lakin hadisə yerinin foto şəkillərindən də göründüyü kimi inəyin arxasında olan beton dirək təsirə məruz qalmamış, bu da inəyin həmin vaxt yolun kənarında deyil asfalt örtüklü hissəsində vurulduğunu əyani təsdiq edir. Əgər inək yolun kənarında vurulmuş olsaydı 40 tona yaxın yükü olub üzü aşağı hərəkətdə olan yük avtomobili qarşısına çıxmış maeəni və beton dirəyi vurub keçmiş olardı və bu da həmin vaxt beton dirəyin qırılmasına və ya inəyin yük avtomobilinin altında qalaraq sürtünməsinə səbəb olardı. Sözügedən beton dirəyin qırılmamasını və inəyin sürtünməyə məruz qalmamasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi yük avtomobilinin inəyi vurub dayanması kimi əsaslandırsa da, yüklü halda yük avtomobilinin inəyi vuraraq dərhal hərəkəti dayandıra bilməsi inandırıcı görünmür. Bu hal məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X4 tərəfindən də inkar edilmişdir. Bundan başqa məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mübahisələndirdiyi “DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yəhərli dartıcı yük avtomobilinin qoşqusunun üzərində olan, fotoşəkillərdə əks olunan budağa münasibətdə qeyd edir ki, yük maşını döngəni döndükdən sonra irəlidə saxlamışdır. Yük avtomobilinin həmin hissədə olan ağaclara sürtünməsi istisna olunmur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus olan bir baş iri buynuzlu inəyi Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin və İXM-nin 338.7-ci maddəsinin tələblərinə zidd olaraq asfalt örtüklü yola buraxması nəticəsində zərərçəkmiş şəxs X10 idarə etdiyi DAF FTXF 105 460T” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı yəhərli dartıcı yük avtomobili ilə toqquşmuş, yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.5. At arabalarını (kirşəni) idarə edən və malqara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanunun 47-ci maddəsinin 6-cı bəndinin 1-ci hissəsinə əsasən mal-qaranı yolda nəzarətsiz qoymaq, 3-cü hissəsinə əsasən at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlər üçün mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar