Məhkəmə qərarları › İş №3(075)-10/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-10/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-10/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin DYPB ypx inspektoru, polis baş serjantı X11 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, TP-4052033 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin DYPB-nin YPXnin inspektoru, polis baş serjantı X13 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş xx xxxxxx 2020-ci il tarixli, TP-4052033 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, X15 xidmət mərkəzinin yaxınlığında yaşayır X4 işləyir. O, gün ötürə işləməklə bir gün işdə olur, o biri gün isə boş olur və həmin gün də taksi fəaliyyəti ilə məşğul olur. Adətən taksi kimi X5 binasının qarşısında və X15 xidmət Mərkəzinin binasının qarşısında dayanır. Karantin rejimi qaydaları ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə xx xxxxxx 2020-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi barədə məlumatı olmuşdur. Lakin o, həmin vaxat anasını evlərinin yaxınlığında olan Şəki ŞMX xəstəxanasına aparmış və xəstəxanadan çıxaraq xəstaxananın qarşısında avtomobilinin yanında 3-4 nəfər tanışı ilə söhbət etmişdir. Bu zaman isə polis əməkdaşı ona və onunla yanaşı həmin ərazidə dayanan digər şəxslərə yaxınlaşaraq, sürücülük vəsiqələrini götürmüş və Şəki ŞRPŞ-nə gəlmələrini bildirmişdir. O, Şəki ŞRPŞ-nə gəlmiş və ona Azər Quliyevə yaxınlaşması bildirilmişdir. Bundan sonra Azər Quliyev taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını pozduğuna görə onun barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərib edərək, 200 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, karantin rejimi qaydalarını pozmamışdır. Ona görə onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi qərar ləğv edilməlidir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X13 izahat verərək göstərdi ki, o, 20 ilə yaxındır ki, ŞRPŞ-nin DYPB YPX inspektoru vəzifəsində işləyir. Şəhərdə olan bütün taksi fəaliyyəti ilə məşğul olan şəxsləri tanıyır, o cümlədən X6 taksi fəaliyyəti ilə məşğul olmasını bilir. xx.xx.2020-ci il tarixdə X15 xidmət Mərkəzinnin yaxınlığında bir qrup taksi fəaliyyəti ilə məşğul olan şəxsləri, həmçinin X8 görmüş, onların sənədlərini yoxlamış və onların barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. X9 protokol tərtib olunan zaman hər hansı etiraz etməmiş, o protokolu imzalamış, həmçinin ondan mobil telefon nömrəsini alaraq protokolun aşağı hissəsinə yazmışdır. İndi məhkəmə iclasında eşidir ki, X3 Telekomunikasiya Qovşağında işləyir. Lakin o Xəyalı Şəkidə taksi fəaliyyəti ilə məşğul olan bir şəxs kimi tanıyır. Hesab edir ki, şikayət ərizəsi əsassızdır və ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin DYPB ypx inspektoru, polis baş serjantı X11 xx.xx.2020-ci il tarixli, İXP-3637921 nömrəli inzibati xəta haqqında ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP- 4052033 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılmışdır. Həmin qərara əsasən taksi fəaliyyəti göstərilməsi icazə verilən siyahıya daxil edilməmişdir. Fəaliyyətinə icazə verilən fəaliyyət sahələri isə aşağıdakılardır. - hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; - digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində); - səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; - kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları); - yük daşımaları və logistika xidmətləri; - Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; - kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti; - apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; - maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti; - mühafizə xidmətləri. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.1-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, X4 işlədiyini, həmçinin həmin binanın və X15 xidmət Mərkəzinin binasının qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Eyni hal onun xx.xx.2020-ci il tarixdə X15 xidmət Mərkəzinin binasının qarşısında bir qrup şəxslərlə dayanaraq karantin rejimi qaydalarını pozmasını etiraf etməsi barədə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP-3637921 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP-4052033 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin icraatına xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP-3637921 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP-4052033 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar