Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-10/2024 10.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin DYP bölməsini yol nəqliyyat hadisəsi inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 barəsində qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ilə məhkəməyə müraciət edərək, qəbul edilən 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və ona hesablanmış əsassız cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə ona məxsus olan Mercedes Benz 200 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki şəhəri, Calğalıbulaq küçəsi istiqamətində hərəkətdə olarkən X8 icarə əsasında idarə etdiyi Hyundai İX-35 markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə küçədən çıxaraq onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən vuraraq ona məxsus olan avtomobilə ziyan vurmuşdur. Hadisə baş verdikdən sonra tərəfindən yol patrul xidmətinə məlumat verilmiş, təxminən 1 saat sonra yol patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmişlər. Yol patrul xidmətinin əməkdaşları hadisə yerinə gəldikdən sonra baxış keçirmiş, sənədləri tələb etdikdə, tərəfindən həm sürücülük vəsiqəsi, həm də, avtomobilin sənədləri polis əməkdaşlarına təqdim edilmişdir. X8 isə avtomobilin sənədlərinin olmadığını, sürücülük vəsiqəsinin isə sürücülük hüququ məhdudlaşdırıldığından özündə olmadığını bildirmişdir. Daha sonra Hyundai İX-35 markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi olan şəxs hadisə yerinə gəlmişdir. Polis əməkdaşları tərəfindən hər iki avtomobil duracağa yerləşdirilməsi uçün X12 bölməsinə gətirilmişdir. Polis bölməsində onların izahatı alındıqdan sonra hadisənin baş verməsində təqsirin onun olduğu bildirilərək protokol tərtib edilmişdir. O, həmin protokol ilə razılaşmadığından imza etməkdən imtina etmişdir. Daha sonra xx.xx.2023-cü ildə barəsində hansı qərarın qəbul edilməsini öyrənmək üçün X12 bölməsinə yaxınlaşdıqda ona hal-hazırda mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərar təqdim edilmişdir. Həmin qərarla tanış olduqda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilməyi ona məlum olmuşdur. O, həmin qərarla razılaşmır həmin qərarı qanunsuz və əsassız hesab edir. Onun baş vermiş hadisədə heç bir günahı yoxdur. Onun, X5 icarə əsasında idarə etdiyi Hyundai İX- 35 markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini görmək imkanı olmamışdır. Yəni baş verən hadisədə onun heç bir təqsiri yoxdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən X1 bildirmişdir ki, xx.xx.2023-cü ildə ona məxsus olan Mercedes Benz 200 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki şəhəri, Calğalıbulaq küçəsi istiqamətində hərəkətdə olarkən X8 icarə əsasında idarə etdiyi Hyundai İX-35 markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə küçədən çıxaraq onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən vuraraq ona məxsus olan avtomobilə ziyan vurmuşdur. Onun hərəkətdə olduğu yol geniş və hərəkətin çox olduğu yoldur. Digər avtomobilin hərəkət etdiyi yol isə məhəllə yoludur. Buna baxmayaraq polis tərəfindən o təqsirli hesab edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin DYP bölməsini yol nəqliyyat hadisəsi inspektoru X6 bildirmişdir ki, X3 şikayəti əsassızdır. X10 оğlu Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 80 mаnаt məbləğində inzibаti cərimə edilmişdir. İnzibati protokol və qərar tam düzgündür. Belə ki, yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilərkən də aydın olmuşdur ki, yol nəqliyyat hadisəsi X10 оğlunun təqsiri səbəbindən baş vermişdir. X10 оğlunun hərəkətdə olduğu yol ilə həmin yolun kəsişdiyi digər yol eyni dərəcəli yollar olduğundan sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinin olub-olmadığını müəyyən etməli, bundan sonra hərəkəti davam etdirməli idi. Həmin kəsişmədə yol hərəkəti nişanı olmadığından eyni əhəmiyyətli yollar hesab edilirlər. Hər iki yol asfalt yoldur. X10 оğlu barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar tam əsaslıdır. İş materiallarına əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11-ci və 13-cü bəndlərində göstərilmişdir ki, yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; nizamlanmayan yolayrıcı - nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin qanunun 77-ci maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. X1 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olmadığını bildirsə də bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Təqdim olunan video görüntüdən də görünür ki, hər iki yol asfalt örtüklüdür və yol hərəkətini nizamlayan hər hansı yol hərəkəti nişanı qoyulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə cərimənin silionməsinə münasibətdə isə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xətalar haqqında qərarların mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ona hesablanmış cərimənin silinməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musyaev
Məhkəmə qərarları › İş №3(075)-10/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-10/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver