Məhkəmə qərarları › İş №3(075)-100/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-100/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-100/2021 21.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektoru X3 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, N saylı h/h-də hərbiçi olan, Vətən Müharibəsi qazisi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə 3(075)-105/2021 saylı inzibati xətaya dair işlə birlikdə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektoru X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki şəhəri, M.Abbasov küçəsi ev 44-də yaşayan 1990cı il təvəllüdlü Şəxs xx.xx.2021-ci il tarixdə, saat təxminən 22:25 radələrində, “Vaz-21074” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Oğuz şossesində, tərəfindən saxlanılmış, yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs orta dərəcəli sərxoşluğu müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inizbati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(075)-105/2021 saylı qərarı ilə Şəki şəhər-rayon X8 X9 yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sözügedən məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə almışlar, qərar qanuni qüvvəsini almış və həmin qərardan şikayət verilmə müddəti onlar tərəfindən ötürülmüşdür. Hazırda Şəxs Ağdərə rayonunun Suqovuşan qəsəbəsində hərbi xidmətdədir. Vətən Müharibəsi iştirakçısı olmaqla qazidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, N saylı hərbi hissənin hərbi qulluqçusudur, hazırda Ağdərə rayonunun Suqovuşan qəsəbəsində hərbi xidmətdədir. Vətən Müharibəsinin iştirakçısı olmuş, müharibə vaxtı qəlpə yarası olmışdır, qazidir. Göstərmişdir ki, müharibədən sonra məzuniyyətə buraxılaraq Şəkiyə ata-anasını və yaxınlarını yoxlamağa gəlmişdir. Göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Şəkidəki restoranların birində dostları ilə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Geri qayıdarkən içkili olduğundan avtomobili dostu (ayıq sürücü) idarə etmişdir. Şəki şəhəri, Oğuz şossesi yoluna çatmamış dostu avtomobili saxlamış, ayaqyoluna getmişdir. O, avtomobildən kənarda olmuşdur və bu zaman yol patrul xidməti əməkdaşları avtomobilə yaxınlaşaraq sənədləri tələb etmişlər. O, sənədləri təqdim etmiş, bu zaman polis əməkdaşı ondan içkili olub-olmadığını soruşmuşdur. O isə öz növbəsində bir qədər içkili olduğunu bildirmişdir. Onu tibbi müayinə üçün dəvət etdikdə avtomobil idarə etmədiyini, nə üçün müayinə edilməli olduğunu soruşmuşdur. Polis əməkdaşları ayıq sürücünü gözləmədən onu müayinəyə aparmışlar. Müayinə nəticəsinə orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol ona təqdim olunarkən “narazıyam” qeydini aparmış, dərhal “102” xidməti ilə əlaqə saxlamışdır. Belə ki, o, saxlanılarkən içkili olduğunu inkar etmir. Lakin qanunvericiliyə əsasən, o, içkili halda nəqliyyat vasitəsi idarə edərsə barəsində protokol tərtib edilə bilər. Buna görə də sözügedən inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inizbati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(075)-105/2021 saylı qərarı ilə Şəki şəhər-rayon X8 X9 yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmədən işə ədalətli baxılmasını xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(075)-105/2021 saylı qərarından görünür ki, Şəki şəhər-rayon X8 X9 yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olması yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Həmçinin göründüyü kimi Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(075)-105/2021 saylı qərarı ilə Şəki şəhər-rayon X8 X9 yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi mübahisələndirilən protokol və qərara dair artıq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar mövcuddur. Qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna etmişdir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(075)-105/2021 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən onun barəsində Şəki ŞRPŞ-nin DYPB-nin polis baş serjantı X1 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən ŞRPŞ-nin DYPB-nin polis baş serjantı X1 tərtib etdiyi xx xxxxxx 2021ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar