Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-100/2022 21.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan Şəki şəhəri, Heydər Əliyev prospekti ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-638/2021 nömrəli, 27.04.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 04.03.2021-ci il tarixindən hesablanmaqla hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment alınaraq 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X1 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-638/2021 nömrəli, 27.04.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 04.03.2021-ci il tarixindən hesablanmaqla hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment alınaraq 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X1 ödənilməlidir. Qeyd edilən icra sənədi 28.04.2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbu! edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs 1540 manat məbləğində aliment borcu yaranmışdır. 11.10.2021-ci il tarixində borclu Şəxs bərəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş. Şəki Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında orotokol geri qaytarılmışdır. Borclu Şəxs dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilməsinə, barəsində tətbiq edilmiş digər məcburi icra tədbirlərinə baxmayaraq icra sənəd üzrə tələbin icrasını təmin etməmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün 01.11.2021-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmiş, borclu Şəxs barəsində 30.11.2021-ci il tarixdə 821353 nömrəli axtarış işi açılmışdır. 21.02.2022-ci il tarixində polis əməkdaşları tərəfində məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirən borclu Şəxs verdiyi izahatında hal-hazırkı tarixə yaranmış aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Bildirmişdir ki, borclu axtarışla 21.02.2022-ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmiş və sonra 15:30-da məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-638/2021 nömrəli, 27.04.2021-ci il tarixli icra sənədinə əsasən ondan 04.03.2021-ci il tarixindən hesablanmaqla hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment alınaraq 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X1 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, onun daimi iş yeri yoxdur. 1 ildən çox olar ki, heç bir yrdə işləmir. İş olanda fədi qaydada fəhlə işləmişdir. Günəmuzd işləyəndə aylıq 5-6 manat qazancı olmuşdur. Maddi imkanı olduqca aşağıdır. Qısa müddətdə borc məbləğindən əsaslı ödəniş edə bilməyəcəyini bildirmişdir. Bildirmişdir ki, ona 10-15 gün vaxt verilərsə ödəniş etməyə çalışar. Maddi imkanı olmadığı üçün İcra və Probasiya şöbəsinə gəlməmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, 21.02.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:20-da məhkəməyə aparılmış və məhkəmə iclası 15:45-də yekunlaşmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 21 fevral 2022-ci il tarixdən saat 11:00-dan həmin gün saat 15:45-dək məhdudlaşdırıldığından onun həbsə alınmasının əvvəli 21.02.2022-ci ildə saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 21 fevral 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-100/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-100/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver