Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1000/2025 26.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 barəsində tərtib edilmiş 18 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şəki Ərazi Şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında 18 noyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin noyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şəki Ərazi Şöbəsi tərəfindən ona qarşı protokol tərtib olunmuş və bildirilmişdir ki, guya o, icrarəyə torpaq götürdüyü kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatına uyğun istidafə etmir, yəni həmin torpaq sahəsinin 153 ha hisəsində şum işləri aparmış və bununla da torpaq qanunvericiliyinin tələblərini pozmuşdur. O, bütün bu sənədlərlə, protokol və inzibati qərarla razı deyil. Etirazını da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şəki Ərazi Şöbəsi rəsmilərinə bildirmiş, lakin nəticə əldə edə bilməmişdir. O, həmin torpaq sahəsini qanuni əsaslarla icarəyə götürmüş və təyinatına uyğun da istifadə edir. Hətta bu məsələ ilə bağlı Şəki rayon Turan bələdiyyəsi ona qarşı Şəki Kommersiya Məhkəməsində iddia qaldırsa da, onların iddiası rədd edilmişdir. Onların təqdim etdikləri sübutları nəzərə almadan qanunsuz şəkildə protokol və sonra da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şəki Ərazi Şöbəsi İnzibati tənbeh vermə haqqında 18 noyabr 2025-ci il tarixli, MN ******* saylı qərar qəbul etməklə AR İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən ona 500 manat cərimə yazmışdır. Hadisənin baş verməsində təqsiri yoxdur. Təqsirsiz olduğuna görə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından işə AR İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati orqan iş üzrə sənədlərə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun inzibati orqan və ya məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şəki Ərazi Şöbəsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmadan mübahisəli məsələni obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdırmamışdır. Eyni zamanda, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin inzibati orqan tərəfin izahatlarını heç bir sübutla yoxlamamış və səhv qiymət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şəki Ərazi Şöbəsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən X1 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - 18 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Bələdiyyəsindən 17 aprel 207-ci il tarixli icarə müqaviləsi ilə 55 il müddətinə icarəyə götürdüyü 200 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsinin təxminən 153 ha hissəsində şum işləri apaerdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, **********00 reyestr nömrəli Şəki rayon Turan Bələdiyyəsinin 200 ha kənd təsərrüfatı təyinatlı torpağı 55 il müddətinə X6 yüklü edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, **********00 reyestr nömrəli Şəki rayon Turan Bələdiyyəsinin 200 ha kənd təsərrüfatı təyinatlı torpağı 55 il müddətinə X6 yüklü edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, **********00 reyestr nömrəli Şəki rayon Turan qəsəbəsinin 200 ha torpaq sahəsi Şəki rayon Turan Bələdiyyəsinin tam paylı mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, **********00 reyestr nömrəli Şəki rayon Turan Bələdiyyəsinin 200 ha kənd təsərrüfatı təyinatlı torpağı 55 il müddətinə X6 yüklü edilmişdir. - 17 aprel 2007-ci il tarixli müqavilədən görünür ki, Şəki rayon, Turan bələdiyyəsinin sədri X10 200 hektar örüş sahəsini 55 il müddətə X6 icarəyə vermişdir. - Şəki rayon Turan Bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli 4 nömrəli iclas protokolundan görünür ki, X6 Bələdiyyənin əkinə yararsız örüş yerindən 200 hektar torpaq sahəsi 55 illiyə icarəyə verilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, şikayətçi ilə Şəki rayonu Turan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən, Şəki rayonu Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışdan da görünür ki, X6 200 hektar örüş sahəsi 55 illiyə icarəyə verilmişdir. Bundan əlavə xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarışa əlavə olan torpaq sahəsinin planı sənədindən görünür ki, X6 ayrılan torpaq sahəsinin uqodiyası örüş torpaqlarıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan xətanı törətmədiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X6 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1000/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1000/2025
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver