Məhkəmə qərarları › İş №3(075)-1005/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1005/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1005/2024 25.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X11 Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs ilə X12 arasında bağlanmış 10 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən 36000 (otuz altı min) manat borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 210 (iki yüz on) manat, kredit müqaviləsinin notariat kontorunda rəsmiləşdirilməsinə görə ödənilmiş 92 (doxsan iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36332 (otuz altı min üç yüz otuz iki) manat və 1000 (bir min) manat məbləğində dəymiş mənəvi zərərin əvəzi X10 ödənilməsi qət edilmişdir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)- 4858/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1701,37 manat məbləğində borc və 20 manat rüsum pulu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)-1280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 14 avqust 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 4341.06 manat əsas, 488.09 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 4829,15 manat məbləğində borc və 30,40 manat dövlət rüsumu borclu Şəxs tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2024-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra sənədlərinin mahiyyətinə və icraata daxil olma ardıcıllığına uyğun olaraq ayrı-ayrı tarixlərdə borclu barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq edilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclu Şəxs Şəki Rayon Məhkəməsinin qərarları ilə üç dəfə (məhkəmənin 3(075)-227 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün, məhkəmənin 3(075)-472/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarı ilə 10 gün və məhkəmənin 3(075)-1130/2023 saylı, 08.312.2023-cü il tarixli qərarı ilə 15 gün) inzibati məsuliyyətə cəlb olunmuş, lakin bugünədək icra sənədinin icrasını təmin etməmişdir. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən uzun müddət ərzində qərəzli olaraq təmin edilməmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-4858/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə ödəniş olmayıb, Şəki Rayon Məhkəməsinin 2(075)-1280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə isə cəmi 200 manat ödəniş etmişdir. Hal-hazırda borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatında olan üç icra sənədi üzrə ümumilikdə borclu 43712,92 manat təşkil edir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahatında tərtib etdiyi protokolda qeyd etdiklərini bildirərək, borclu Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X12 izahatında bildirdi ki, onun şəxsən Şəxs ilə hər hansı bir ədavəti və s. yoxdur. Sadəcə borcunun ödənilməsini tələb edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, yaranan borcları maddi imkanının olmaması səbəbindən ödəyə bilmir. Maddi imkanı yaxşılaşdıqdan sonra borclarını ödəyəcəkdir. Onun borcu ödəməkdən yayınmaq niyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X11 Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs ilə X12 arasında bağlanmış 10 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən 36000 (otuz altı min) manat borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 210 (iki yüz on) manat, kredit müqaviləsinin notariat kontorunda rəsmiləşdirilməsinə görə ödənilmiş 92 (doxsan iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36332 (otuz altı min üç yüz otuz iki) manat məbləğində pul borclu Şəxs alınaraq tələbkar X10 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-4858/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1701,37 manat məbləğində borc və 20 manat rüsum pulu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 14 avqust 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 4341.06 manat əsas, 488.09 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 4829,15 manat məbləğində borc və 30,40 manat dövlət rüsumu borclu Şəxs tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 3(075)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilib. Şəki Rayon Məhkəməsinin 3(075)-472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilib. Şəki Rayon Məhkəməsinin 3(075)-1130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Belə ki, icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-4858/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və 2(075)-1280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsilə bağlı barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Hümmətov X5 xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bir neçə dəfə inzibati qaydada tənbeh olunaraq inzibati qaydada həbs olunmuşdur. Belə ki, Şəxs sonuncu dəfə Şəki Rayon Məhkəməsinin 3(075)-1130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs X10 olan borcuna görə 08 dekabr 2023-cü il tarixdə inzibati qaydada tənbeh edilmişdir. Hazırda borclunun barəsində inzibati tənbeh tətbiq edildiyi tarixdən eyni icra sənədi üzrə bir ildən artıq müddət keçməmişdir. Belə olan halda borclu Şəxs barəsində İXM-nin 528-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmalı olduğu halda, icra məmuru tərəfindən yalnış olaraq İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar