Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1007/2025 09.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmmaverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Şəki Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-807/ 2025- 009 nömrəli xx.xx.2025-ci il tarixl icra sənədinə əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019- cu il təvəllüdlü X11, 31.08 2020-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçı X5 ödənilməlidir. Cavabdeh Şəxs Zabıl oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat tutularaq iddiaçı X5, ödəniləcək illik alimentin həcminə görə 63 (altmış üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu hər hansı bir icra sənədi üzrə tələbin icrəsinı təmin etməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Borclu Şəxs Zabıt oğlu vətən müharibəsi iştirakçısıdır. Və onun 80 manat pensiya aldığı müəyyən edilmişdır. İcra sənədı üzrə tələb Şəxs pensiyasının 70 faizinə yönəldilmişdir. Hər ay yazılan inkasso sərəncamına əsasən onun pensiyasından 56 manat pul vəsaiti olmaqia cəmi 336 manat tutulub tələbkarın hesabına köçürülür. Nəticədə hər ay 304 manat borc ödənilməmiş qalmışdır. Bundan əlavə borclu müxtəlif vaxtlarda tələbkarın hesabına 410 manat pul vəsaiti ödəmişdir. Cari ilin dekabr ayı da daxil olmaqla borclunun tələbkara 2494 manat aliment borcu var. həmin borcun ödənilməsi ilə bağlı borcluya dələrlə xəbərdarlıq edilmişdir. Lakin borclu edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamış və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə ərəl etməkdən boyun qaçırmışdır. xx.xx.2025-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edilmiş və Şəki rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu X10 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 8(075)- 2019/2025 nömrəli qərardad qəbul edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmışdır Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, qalan borcunun ödənilməsini tələb edir. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda işləmir, əvvəllər hərbi qulluqçu, gizir olmuş, 2023-cü ilin oktyabr ayından tərxis olunmuşdur. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, yaralandığına görə tərxis olunmuşdur. Müharibə veteranıdır. Əmək qabiliyyəti olmadığı üçün işləyə bilmir. Qalan borcunu da qısa vaxtda ödəməyə çalışacaqdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Kürdəmir Rayon Məhkəməsinin 2(041)-807/ 2025-009 nömrəli xx.xx.2025-ci il tarixl icra sənədindən görünür ki, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019- cu il təvəllüdlü X11, 31.08 2020-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçı X5 ödənilməlidir. Cavabdeh Şəxs Zabıl oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat tutularaq iddiaçı X5, ödəniləcək illik alimentin həcminə görə 63 (altmış üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-807/ 2025-009 nömrəli xx.xx.2025-ci il tarixl icra sənədi üzrə icra tələbi yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aliment borcu 2494 manat təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, Şəxs üzvi mənşəli şəxsiyyət pozğunluğu xəstəliyindən əziyyət çəkir. Xəstəliyi 2ci Qarabağ müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə mərmi partlaması nəticəsində KBTsı almışdır. “Üzvi 2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində, şəxsiyyət pozuntusu, psixotik əlamətlər, intihar fikirləri və cəhdləri ilə” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halın mövcudluğu inzibati məsuliyyətə səbəb olur. Hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-807/ 2025-009 nömrəli xx.xx.2025-ci il tarixl icra sənədi üzrə tələbin icrasından üzürsüz və qərəzli olaraq yayınması halları olmamışdır. Belə ki, Şəxs İİ Qarabağ müharibəsi veteranı olmaqla, üzvi mənşəli şəxsiyyət pozğunluğu xəstəliyindən əziyyət çəkmiş, iş yeri olmamışdır. Məhkəmə iclası zamanı müşahidə olunur ki, Şəxs aldığı hərbi travma nəticəsində ayaq üstə dayana bilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-1007/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1007/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver