Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-101/2022 21.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Mustafayeva Sevinc Fikrət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1435/2015 nömrəli, 31 mart 2015-ci il tarixli icra sənədinə əsasən X3 2650 manat pul tutularaq tələbkar X14 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu X5 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1435/2015 nömrəli, 31.03.2015-ci il tarixli icra sənədi üzrə borclu X3 2630 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar X13 xeyrinə ödənilməlidir. İcra sənədi 10.04.2015-ci il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. İcra sənədi könüllü müddət ərzində icra edilmədiiyndən borclunun əmlakının axtarışına başlanılmış, borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-clmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Həmçinin boclunun adına qeydə daşınar və daşınmaz əmlakın alınmadığı müəyyən edilmişdir. 13.08.2018-ci il tarixdə borclu şöbəyə çağırılmış, lakin çağırışa gəlməmişdir.02.10.2019-cu il tarixdə cu il tarixdə icra sənədi borclunun əmək haqqından tutulması üçün iş yerinə, "xxxx" MMC-nə göndərilmiş, lakin sənədlər geri qayıtmışdır.12.11.2020-ci il tarixdə tarixdə tələbkar X15 şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onlar tərəfindən borcluya dəfələrlə işin müsbət həlli üçün təkliflər edilsə də o buna məhəl qoymamış, borcunu ödəməmişdir.İcra sənədi icraatıma daxil olduqdan sonra yenidən boclunun əmlakının axtarışına başlanılmış, adına MERCEDES 320 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydə alındığı müəyyən edilmişdir. Tələbin borcluya məxsus həmin avtomobilə yönəldilməsi barədə 18.11.2020-ci il tarixdə məhkəməyə müraciət olunmuş, təqdimat təmin olunmuş, tələb borcluya məxsus avtomobilə yönəldilərək üzərinə həbs qoyulmuşdur.15.12.2020-ci il tarixdə il tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmiş, borcun tam ödənilməsi, yaxud üzərinə həbs qoyulmuş avtomobilin təqdim edilməsi tələb edilmişdir. Lakin borcu tərəfindən nə borcun ödənilməsi təmin edilməmiş, nə də avtomobil təqdim edilməmişdir.Borclunun yeri məlum olmadığından digər icra sənədi üzrə axtarışa verilmişdir. Borclu 21.02.2022-ci il tarixdə tapılaraq polis tərəfindən şöbəyə gətirilmişdir. Şöbədə olarkən borcludan icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb olundu, borclu borcunu ödəmədi. İşin halları ilə bağlı borclunun izahatı alındı, suallar ünvanlandı. Borclu bildirdi ki, yuxarıda qeyd olunan icra sənədi barədə borclunun məlumatı var, borcunun olduğunu bilib, borcunu qəbul edir, lakin heç bir ödəniş etməmiş, borcunu növbəti aydan 400-500 manat olmaqla ödəyəcəyini bildirdi. Borclu adına avtomobil qeydə alındığını, həmin MERCEDES 320 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulduğunu bilir, əmlak üzərinə həbs qoyulması barədə təqdimata baxılarkən məhkəmədə iştirak etmişdir. Məhkəmə işə baxarkən ona hansı işə baxıldığını bildirmiş, borcunu ödəməyəcəyi halda əmlakı üzərinə həbs qoyulacağı barədə məlumat verilmişdir. Əlavə olaraq bildirdi ki, X9 18 yanvar 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1435/2015 nömrəli, 31 mart 2015-ci il tarixli icra sənədinə əsasən ondan 2650 manat X14 verilməlidir. İcra sənədindən məlumatı 2020-ci ildə olmuşdur. Lakin maddi vəziyyəti ağır olduğundan ödəniş edə bilməmişdir. Əgər məhkəmə tərəfindən ona vaxt verilərsə 300-400 manat ödəniş edə bilir. Gələn ay isə borcunu tam bağlayacaq. Qeyd olunan avtomobili etirbarnamə əsasında satmışdır hal-hazırda onun istifadəsində deyil. Əlavə olaraq bildirdi ki, 21 fevral 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında X4 müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Qalib Zülcəlal oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş və tələbkara ödəməli olduğu pulu məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məsuliyyəti yüngülləşdirən və və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün X5 tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. X9 və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X9 21 fevral 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, X4 21 fevral 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, X9 icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, X4 həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 21 fevral 2022-ci il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 21 fevral 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-101/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-101/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver