Məhkəmə qərarları › İş №3(075)-1012/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1012/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1012/2024 03.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə X1 barəsində Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ona tərtib olunan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolu qanunsuz hesab edir. Belə ki, avtonəqliyyat vasitəəsində yüksək səslə musiqi dinləmədiyi halda əsassız və sübutsuz protokol tərtib olunub. Onu saxlayan polis əməkdaşlarına nəqliyyat vasitəsində videoqeydiyyat olduğunu bildirmiş ancaq onlar bunu nəzərə almamışdır. Protokola imza atmayaraq izahatında baş verənləri ətraflı qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində “Bazarstore”-dan aşağı istiqamətdə hərəkətdə olan zaman normal səsdə musiqiyə qulaq asırdı. PPX əməkdaşları onun idarə etdiyi avtomaşına yaxınlaşaraq yüksək səslə musiqiyə qulaq asdığını ona bildirmiş daha sonra barəsində inziabti qərar qəbul etmişlər. O, bununla razılaşmamış və tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahilş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 521-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan bir ədəd DVD diskdən görünür ki, X3 həqiqətən də avtomobil idarə edən zaman qeyd edilən hadisə zamanı məişət səs-küyünə səbəb olacaq hal törətməmişdir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1- ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən bu əcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səsküy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səsküyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Şəki şəhərrayon Polis Şöbəsinin sahə rəsisi X4 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X2 Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X3 inzibati xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilərkən də Orxan Rəhimli idarə etdiyi avtomobilində səslənən musiqinin yüksək səsli olması müşahidə edilmir. Hazırki izibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı tərtib etmiş şəxs məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar