Məhkəmə qərarları › İş №3(075)-1013/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-1013/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-1013/2024 01.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlu X1 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 onun barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. İş materiallarında olan; Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Əliabad qəsəbəsi İnzibati ərazi dairəsinin 13 sentyabr 2024-cü il tarixli, 51213/2-1445 nömrəli arayışından görünür ki, X2 rayonu, Əliabad qəsəbəsində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini X2 Rayonu, Əliabad qəsəbəsində oğlu X3 mülkiyyətində olan 0,09 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin təqribən 120 kv,metr hissəsində tikinti işləri apardığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə 500 manat məbləğində inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 106.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini həll edir. 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 247.1-ci maddəsinə görə Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə görə Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İş materiallarında olan sənədlərdən də, göründüyü kimi inzibati xəta Zaqatala rayonu ərazisində yerləşən Zaqatala rayonu Əliabad qəsəbəsində baş vermişdir. Bundan başqa barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X6 da, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşadığından hazırki inzibati xəta haqqında şikayət ərizəsinə Zaqatala Rayon Məhkəməsində baxılmalı olduğundan Şəki Rayon Məhkəməsində baxılması ərazi aidiyyatına görə mümkün deyildir. Şərh olunanlara əsasən hesab edirəm ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəçi X5 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayət geri qaytarılsın. X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar