Məhkəmə qərarları › İş №3(075)-1018/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1018/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1018/2024 18.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının ƏƏSMN yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndələri X5 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (vəkil) Azərbaycan Respuuubliiikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının ƏƏSMN yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının ƏƏSMN yanında X15 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının ƏƏSMN yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Mikayılov X13 Əmək Müfəttişliyi Xidmətinə ərizə ilə müraciət edərək Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərin görülməsi və xidmətlərin görülməsinə cəlb edildiyini bildirmiş və müvafiq araşdırma aparılmasını xahiş etmişdir. Daxil olmuş ərizə əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən Şahid Eldar oğlu əmək müqaviləsi bağlanılmadan işlərin görülməsi və xidmətlərin görülməsinə cəlb edilmişdir. İşin bu halı tərəflərindən məhkəməyə təqdim edilmiş materiallarla tam təsdiq edilmişdir. Araşdırma zamanı Şahid Eldar oğlunun izahatı alındıqda o bu halları bir daha təsdiq etmiş və Şəxs MMC barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə etdikləri video diskdə olan müəyyən çəkilişlərdə Şahid Eldar oğlunun həqiqətən Şəxs MMC-də aperator kimi işlədiyi öz əksini tapmış, lakin buna baxmayaraq Şahid Eldar oğlu ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlandığı müəyyən edilməmişdir. Qeyd olunanlara aydınlıq gətirilməsi və bu kimi halların əskini sübut edən sənədlərin təqdim edilməsi ilə bağlı Şəxs MMC rəhbərliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq MMC tərəfindən onlara heç bir sənəd təqdim edilməmiş və açıqlama verilməmişdir. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra MMC-nin əməkdaşlarından hazırki iş üzrə hüquqi şəxsin nümayəndəsi X2 Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə gəlsə də, heç bir tutarlı açıqlama verməmişdir. Bütün bunları nəzərə alaraq hesab etmişdir ki, protokol əsaslıdır. Odur ki, məhkəmədən Şəxs MMC barəsində inzibati təhbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının ƏƏSMN yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X4 digər nümayəndə X6 izahatına uyğun izahat verərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, Şahid Eldar oğlu Şəxs MMC-də könüllü kimi işləmiş, onunla MMC arasında heç bir əmək müqaviləsi bağlanmamış və Şahid könüllü kimi operator fəaliyyətini yerinə yetirməsini çəkilişlərin birində həvəsləndirmə olaraq təqdim etmiş, könüllüyü dövrüdə kömək etsə də, kanal sezona çıxanda qayıtdıqdan sonra işə götürülməsinin rəsmiləşdiriləcəyi deyilib sənədlərini toplaması tapşırılmışdır. Kanal sezondan qayıtmamış Şahid şikayət etmişdir. X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilməsindən xəbərləri olmamışdır. X15 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən MMC-yə göndərilmiş dəvət məktubları kanalın sezonda olması ilə bağlı onlara təqdim edilməmiş, MMC-nin mühafizəçisinə verilmiş dəvət məktublarından sonradan məlumatları olmuş və məlumat aldıqdan sonra X15 Xidməti Şəki-Zaqatala regional şöbəsinə şəxsən özü getmişdir. Lakin o şöbəyə getdikdə artıq MMC barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, o, ARB-də kordinator vəzifəsində işləmişdir. Kanal tərəfindən ona operator kimi işçiyə ehtiyac olduğu bildirildiyi üçün qardaşı Şahid Eldar oğlunun operator kimi işləyə bilcəyini bildirmişdir. Qardaşı Sərdara da Şəxs MMC-yə getməsini tapşırmış, Sərdar MMC-yə müraciət etmişdir. Sərdara əmək müqaviləsi bağlanılacağına söz verilmiş və işə qəbul edilməsi üçün lazimi sənədləri toplaması tapşırılmış, bir müddət işlədikdən sonra qardaşına əmək müqaviləsinin sentyabr ayında bağlanacağı, həmin müddətə qədər əmək haqqının nağd şəkildə veriləcəyi deyilmişdir. Qardaşı 3 aya yaxın MMC-də operator kimi işləsə də, cəmi bir ayın əmək haqqı verilmiş və sonra artıq müqavilə bağlaya bilməyəcəkləri bildirmişdir. Bu səbəbdən qardaşı Sərdar X15 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında Şahid Eldar oğlu izahat verərək bildirmişdir ki, gözətçi işlədiyi halda qardaşı Rəşad Mikayılov ona Şəxs MMC-də operatora ehtiyac olduğunu deyib MMC-yə getməsini tapşırmış, o, operator işini bacardığı üçün MMC-yə gedib operatorluq etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs MMC texniki şöbənin direktrou Ramin Musayev onu aylıq əmək haqqı 500 manat olmaqla operator vəzifəsinə işə götürəcəyini bildirmişdir. İş qrafiki həftənin beş günü saat 09:00-dan 23:00-a qədər olmuşdur. Onda işə qəbul olunması üçün lazım olan bütün sənədləri təqdim etməsi istənilmiş, lakin bir həftə işlədikdən sonra ona işə qəbul edilməsi barədə müqavilənin sentyabr ayından bağlanılacağı, iyun-iyul-avqust aylarının əmək haqqılarının nağd şəkildə veriləcəyi bildirilmişdir. İyun ayının əmək haqqı iyul ayının 25-i şəxsi kartına köçürülmüş, iyul və avqust aylarının əmək haqqı isə ona ödənilməmiş və işə qəbul edilməyəcəyi bildirilmişdir. Buna görə də o, X15 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid Eldar oğlu Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsi və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş müraciət vərəqəsindən görünür ki, Şəxs MMC (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ƏƏSMN yanında X15 Xidmətinin 12 sentyabr 2024cü il tarixli çıxarışdan görünür ki, Şahid Eldar oğlunun adına Şəxs MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi ifadəsində Şahid Eldar oğlunun könüllü müqavilə əsasında MMC-də işlədiyini bildirsə də, belə bir müqavilənin olmadığını qeyd etmiş və bu halı təsdiq edəcək heç bir sübut Şəxs MMC tərəfindən məhkəmə təqdim edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏƏSMN-nin elektron məlumat bazasında Şahid Eldar oğlunun əmək müqaviləsi bildirişi aşkar olunmamışdır. Bu halı Şəxs MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında vermiş olduğu izahatında təsdiq etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 21-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC İXMnin192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar