Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1018/2025 23.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, X1 barəsində Şəki rayonu Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 onun barəsində Şəki rayonu Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025 tarixində Şəki şəhəri Salman Mümtaz (Çöl yol, məhkəmə qarşısı, N.V keçidi dairəsi) küçəsində, yerli məhkəmənin qarşısındakı işıqfora çatmamış, geri dönüş nişanı (5.11.1) olmayan, ancaq keçidin və yolun sağında, yalnız düzünə (4.1.1 nişanı) əmr edici işarə olmadığı üçün rahat şəkildə sözü gedən keçiddən geri dönüş etmişdir. Arxasınca gəlməkdə olan DYP müfəttişləri o, dönər-dönməz saxlama əmri vermiş, serjant rütbəli soyadını bilmədiyi Bəhmən və baş inspektor, polis baş leytenantı X7 327.1-ci maddə ilə inzibati xəta protokolu (TP seriyalı, 7679191) tərtib etmişlər. O, sözü gedən ərazidə əmredici nişan olmadığını dəfələrlə söyləməyə çalışmış, lakin dediklərinin heç bir əhəmiyyəti olmadığını qeyd etmişdir. Nişanı ona göstərmələrini istəsə də bu da nəzərə alınmamışdır. Sözü gedən yolu və həmin keçidin sağ hissəsindəki yalnız düz nişanının olmamasını nəzərə alaraq, nəqliylyat vasitəsilə etdiyi əmələ əsaslı qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs X8 və inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol patrul xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə qərardan şikayət vermiş şəxs X8 və inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında X2 ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, barəsində tərtib olunmuş protokolla razı deyil. Avtomobilini Şəki şəhəri Salman Mümtaz küçəsində, yerli məhkəmənin qarşısındakı işıqfora çatmamış, geri dönüş nişanı olmayan, ancaq keçidin və yolun sağında, yalnız düzünə əmr edici işarə olmadığı üçün rahat şəkildə sözü gedən keçiddən geri dönüş etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsindən istifadə edilməsinə” dair etibarnamənin surətindən görünür ki, X5 “Toyota Camry” minik markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X6 etibarnamə ilə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, tərtib edilmiş qərara əlavə edilmiş fotoşəkillərdən görüntüdən görünür ki Salman Mümtaz küçəsində “U” dönüşü nişanı və düzünə əmr edici nişanlar mövcuddur. Məhkəmə iclasında təqdim edilmiş foto şəklə baxış keçirilərkən X3 geriyə dönmə əməliyyatını icra etdiyi hissədə geriyə dönməyə icazə verən yol hərəkət nişanlarının olduğu müşahidə olunmur, həmin hissədə düzünə əmr edici nişan vardır. Həmin nişan sürücünün dönmə əməliyyatını icra etdiyi yerdən sonrakı hissədə quraşdırılmışdır. “Yol hərəkəti” Haqqında Azərbaycan Republikası Qanunun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı –yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. X2 şikayətində 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olduğunu qeyd etsə belə onun "U" dönüşü etdiyi ərazini yolayrıcı kimi qiymətləndirmək olmaz. İş materiallarına əlavə olunmuş fotoşəkildən göründüyü kimi həmin ərazidə yerləşən kəsişmə bir səviyyədə deyildir. Bundan əlavə X2nun dediyi kimi həmin ərazi yolayrıcı kimi qəbul olunsa belə, sonuncunun həmin ərazidə 4.1.1 nişanının təsir qüvvəsinin ittdiyi yerdən "U" dönüşü etməsi qeyri-mümkündür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X4 şikayət ərizəsi iş materiallarında olan görüntü ilə təkzib olunur, onun şikayətində göstərdiyi hallar işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki rayonu Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-1018/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1018/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver