Məhkəmə qərarları › İş №3(075)-102/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-102/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-102/2025 14.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X6 iştirakı ilə X12 tərəfindən Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 30 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X12 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin Şimal Regional X16 İdarəsinin barəsində tərtib etdiyi 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 2023-cü il tarixdən Şəki şəhər, Rasim Ocaqov adına X3 direktor əvəzi vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin inspektoru tərəfindən rəhbərlik etdiyi təhsil müəssisəsində yoxlama aparılmış və yanğın təhlükəsizliyi qaydalarının normative sənədlərin tələblərinə uyğun olmaması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Şəki şəhər, Rasim Ocaqov adına X3 binası 1990-cı ildə inşa olunaraq istifadəyə verilmiş, 2018-ci ilin noyabr ayında isə inzibati bina əsaslı şəkildə yenidən təmir olunmuşdur. Həmin vaxtdan hazırki dövrədək binanın yanğın təhlükəsizliyi qaydaları ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin X16 İdarəsinin inspektorunun qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Belə ki, keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə təhsil haqqında müvafiq qanunvericiliyin tələblərinə əsasən məsuliyyət daşımalı olan şəxs o deyil. Çünki təhsil müəssisəsinin direktoru kimi onun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən "Təhsil Haqqında" Azərbaycan Respublikasının Qanununda X16 İdarəsinin tələbnaməsində göstərilənlər öz əksini tapmır. Belə olan halda hesab edir ki, Şəki şəhər, Rasim Ocaqov adına X3 direktor əvəzi kimi Azərbaycan Respublikası İXM-nin subyekti o deyil və əməlində iXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. X17 Xidmətinin X8 Yanğın Nəzarəti idarəsinin inspektoru tərəfindən icrası təmin olunması üçün ona təqdim olunan 15 yanvar 2025-ci il tarixli 51 nömrəli tələbnamədə göstərilənlər maddi və fiziki cəhətdən, həm də praktiki olaraq onun şəxsi imkanı və salahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. X16 İdarəsinin nümayəndəsi tərəfindən yanğından mühafizə ilə bağlı müəssisədə texniki müayinə aparılmış və həmin müayinənin nəticələrinə dair müvafiq göstərişlərin icrasının təmin olunması üçün 16 yanvar 2025-ci il tarixdə mən 172 nömrəli məktubla rəsmi qaydada Şəki rayonu Təhsil Sektoruna müraciət edərək rəhbərlik etdiyi məktəbdə yanğından mühafizə ilə bağlı zəruri işlərin icrasının təmin olunması üçün tədbir görülməsini xahiş etmişdir. Yəni o, bir təhsil müəssisənin direktoru kimi öz üzərinə düşən vəzifəni icra etmişdir. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa rayonlar üzrə də vəzifəli şəxslər barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün həmin qərarlar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə olaraq əsas götürülməlidir. Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin rəisinin X12 barəsində 30 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və əməlində inzibati xəta tərkibi olmadığı üçün X12 barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan; 30 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 barəsində 15 yanvar 2025-ci il tarixdə Rasim Ocaqov adına Şəki X4 diqqətli YTM zamanı YTQ No 06-2004 bənd 5.3; YTQ No06.2004 bənd 11.5; YTQ No 06- 2004 bənd 13.7 və YTQ N01-2001 bənd 4.4 yerinə yetirilməməsi əsası ilə X12 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin 15 yanvar 2025-ci il tarixli 51 nömrəli tələbnaməsində Rasim Ocaqov adına Şəki X4 aşağıdakı tələblərin yerinə yetirilməsi tələb edilmişdir: İ Bölmə 1. Binanın elektrik xətt avadanlıqları elektrik mütəxəssisləri tərəfinfən izolyasiya müqaviməti yoxlanılaraq nəticəsi barədə akt tərtib edilsin 2) Binanı yanğın xəbər verici siqnalizasiyası qurğusu ilə təmin edilsin. 3) Mərkəzdə mövcud olan odsöndürən balonların tərkibini dəyişdirməli və əlçatan yerlərdən asılmalı 4) Binanın ağac taxta materialları odadavamlı məhsullarla (antipiren) hopdurulsun (NH2) 2 HPO4-diammonisfosfat; NH4HSPO4-monoammoniyfosfat; H3BO3- Bor turşusu və s.) 1m³ taxtaya 66kq duzların hopdurulması təmin edilsin Tələblər:İİ Bölmə: 1) Tabelikdə olan işçilərin yanğına qarşı təlimatlandırılmasını təmin edilsin və onlara xüsusi ayrılmış jurnalda imza etdirilsin 2) Otaqlar yenidən planlaşdırıldıqda, onların təyinatı dəyişdirildikdə və ya yeni texnoloji avadanlıqlarla təminedildikdə qüvvədə olan tikinti və texnoloji lahiyələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunsun. 3) İşin sonunda bütün işlədiciləri dövriyyədən ayırmaqla gecə gözətçisinə təhvil verməklə imza etdirilsin. 4) Müəssisənin ərazisini kol-kosdan quru otlardan və digər yanar materiallardan vaxtaşırı təmizlənsin. 5) Nasaz elektrik razetkalarından, birləşdirici ayrıcı qutulardan və digər elektrik quraşdırıcı məlumatlardan istifadə etmək qadağan olunsun. 6) Xidməti iş otaqlarında hər hansı növdə olan qeyri standart elektrik cihazlarının istismarına qəti yol verilməsin. 7) Müvəqqəti elektrik şəbəkələrinin qurulmasına və istismarına yol verilməsin. 8) DYN orqanının vəzifəli şəxslərinin göstərişləri, qərarları və digər qanuni tələbləri yerinə yetirilsin. Rasim Ocaqov adına Şəki X5 direktor əvəzi Həmidov Mehman tərəfindən Şəki şəhər Təhsil sektorunun müdiri Z.Çələbiyevə ünvanlanmış məlumatında göstərilir ki, Fövqaladə Hallar Nazirliyi baxçaya baxış keçirən zaman nöqsanların olduğunu bildirdi. Göstərilən nöqsanların aradan qaldırılması üçün onlara köməklik göstərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, X12 barəsində tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarda YTM zamanı YTQ No 06-2004 bənd 5.3; YTQ No06.2004 bənd 11.5; YTQ No 06-2004 bənd 13.7 və YTQ N01-2001 bənd 4.4 yerinə yetirilməməsi əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq həmin protokolla X12 barəsində İXMnin 518.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, X2 Ocaqov adına Şəki X5 müdiridir. O, İXM-nin 518.1-ci maddəsilə YTM zamanı YTQ No 06-2004 bənd 5.3; YTQ No06.2004 bənd 11.5; YTQ No 06-2004 bənd 13.7 və YTQ N01-2001 bənd 4.4 tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X12 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Rasim Ocaqov adına Şəki X3 müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1 təhsil müəssisəsinin müdiri üçün məktəb binasının çardağına baxış keçirilməsi, binanın elektrik xətt avadanlıqları elektrik mütəxəssisləri tərəfinfən izolyasiya müqaviməti yoxlanılaraq nəticəsi barədə baxış aktı tərtib edilməsi, obyektə yanğın xəbər verici siqnalizasiyası qurğusunun quraşdırılması, mərkəzdə mövcud olan odsöndürən balonların tərkibini dəyişdirməli və əlçatan yerlərdən asılması, binanın ağac taxta materialları odadavamlı məhsullarla (antipiren) hopdurulsun (NH2) 2 HPO4diammonisfosfat; NH4HSPO4-monoammoniyfosfat; H3BO3-Bor turşusu və s.) 1m³ taxtaya 66kq duzların hopdurulması təmin edilməsi ilə bağlı tədirlərin görülməsi üçün X12 tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin aidiyyəti qurumuna həmin idarənin Şəki rayon sektor müdirinə rəsmi məktublarla müraciət olunmuş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Rasim Ocaqov adına Şəki X3 müdiri X12 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X7 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayəti əsaslı olduğundan təmin edilməli, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHNnin X16 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin rəisi X13 30 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şikayət təmin edilsin. X6 barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin 30 yanvar 2025-ci il tarixli MN1825067 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X6 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar