Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-103/2025 05.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, X13 Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, ünvan 1 ünvanda yaşayan X4 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X4 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 5 fevral 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 657 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Bu icra sənədi üzrə borc olduğu kimi qalmışdır. Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8İ-9469 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədi borclu Şəxs 457.99 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Bu icra sənədi üzrə borc olduğu kimi qalmışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-1448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 6138.42 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Unibank” KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Bu icra sənədi üzrə borc olduğu kimi qalmışdır. Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-282/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak, tələbin yönəldilə biləcəyi gəlir və ya əmlak aşkar edilməmişdir. Borclu Şəxs Şöbəyə çağırılmış və o, xx.xx.2024-cü il tarixdə Şöbəyə gəlmişdir. Şöbədə borcludan izahat alınmış, ondan icra sənədinin icrası tələb olunmuşdur. Borclu həmin tarixdə borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Buna görə borcluya rəsmi qaydada xəbərdarlıq elan edilmiş və xx.xx.2024-cü il tarixə Şöbədə olması ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıqda qeyd edilən tarixdə Şöbəyə gəlməmişdir. Bundan başqa borclu çağırışla bağlı SMS bildirşlər göndərilmiş, lakin buna baxmayaraq borcluya şöbəyə gəlməmişdir. Tərəflərindən izahatda qeyd edilən telefon nömrəsi ilə əlaqə yaratmağa cəhd göstərilmiş, lakin borclu zənglərə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə borclunun ünvanına məcburi gətirilmə barədə qərar göndərilmiş, lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq borclu Şöbəyə gəlməmişdir. Borclunun Şöbəyə gəlməsinin təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinin 8(075)-228/2024 saylı qərardadı icra edilməsi üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Şöbədə borcludan icra sənədlərinin icrası tələb olunmuş və borcludan izahat alınmışdır. Borclu izahatında maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməyəcəyini bildirmişdir. X7 oğlu 5 fevral 2025-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra borclu barəsində müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-978/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə ondan 657 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8İ-9469 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədi ondan 457.99 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Şəki Rayon Məhkəməsinin e-2(075)-1448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ondan 6138.42 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Unibank” KB ASC-nin xeyrinə və Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-282/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Maddi imkanının olmaması səbəbindən icra sənədləri üzrə borcunu ödəyə bilməmişdir. Hazırda heç bir ödəniş etmək imkanı yoxdur. Bundan sonra icra sənədləri üzrə ödəniş etmək istəyir. Qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. X13 Vəkil Bürosunun vəkili X1 Tural Asim oğlunun maddi imbarəsində olan inzibati xəta haqqında protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin e-2(075)-978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu X3 657 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8İ-9469 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədindən görünür ki, borclu X3 457.99 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin e-2(075)-1448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu X3 6138.42 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Unibank” KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-282/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu X3 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 20 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-978/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu X5 10 gün müddətində vaxt verilmişdir İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə baxışında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs təqsirini səmimi etiraf edir və himayəsində azyaşlı uşaqları vardır. Məhkəmə həmin halları cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmiş, bundan sonra icra sənədləri üzrə ödəniş edəcəyini bildirsə də, indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. X7 və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X7 5 fevral 2025-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, X4 5 fevral 2025-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, X7 icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, X4 həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 5 fevral 2025-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 5 fevral 2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-103/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-103/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver