Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-104/2021 17.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 küçəsi 71, inzibati bina ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:57 radələrində Şəki rayonu Turan qəsəbəsində Opel Astra markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən ictimai qaydanın pozulmasına görə xidmətdə olan yol polis əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə və eyni zamanla barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protoloku tərtib etmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X1 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri ərazisində xidmətdə olan zaman Opel Astra markalı, **-HC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin polis əməkdaşlarına çatmağa az qalmış yolunu dəyişdiyini görmüş, onun bu hərəkətləri onda şübhə doğurduğundan xidməti avtomobili ilə onun arxasınca sürmüşdür. Bu zaman avtomobil sürətini artırmış, lakin “saxla” xəbərdarlığı edildikdən sonra avtomobili saxlamışdır. Daha sonra avtomobili avtomobilə yaxınlaşmış, özünü təqdim edərək sənədləri tələb etmişdir. Yoxlama zamanı sürücünün sürücülük vəsiqəsi və etibarnaməsi olmadan avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Sürücü Şəxs həkim müayinəsindən keçirilmiş və sərxoş olması müəyyən olmuşdur. Tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Vİİİ tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi müəyyən olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ünvan 1 küçəsi 71, inzibati bina ünvanında qeydiyyatdadır. xx xxxxxx 2021-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri ərazisində Opel Astra markalı, **-HC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olmuşdur. Bu zaman bir qədər içkili olduğundan polis əməkdaşlarını görüb narahatlıq keçirmişdir. Ona görə yolunu dəyişməli olmuşdur. Yol polis əməkdaşı ona saxla işarəsi verdiyindən avtomobili saxlamalı olmuş, sərxoş olduğunu bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, həqiqətən də xx xxxx 2020-ci il tarixdə barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin protokolla bağlı ona hər hansı qərar verilməmiş, cərimə ödəməli olması bildirilməmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli, 34 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Vİİİ tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 334.2-ci maddəsində göstərilən inzibati xətanın yaranması üçün üç halın mövcudluğu şərtləndirilir: 1. şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi; 2. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə verilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə minməsi; 3. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın onun törədilməsinə görə verilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi. İnzibati xəta haqqında protokoldan məlum olur ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X1 xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etsə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə olan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə nəinki inzibati tənbeh vermə haqqında qərar qüvvəyə minmiş, hətta həmin inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh verilməmişdir. Belə olan halda xx xxxxxx 2021-ci il tarixdə Şəxs təkrar xəta törətməsinə dair xx xxxx 2020-ci il tarixli qərara istinad edilməsi Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin tərkibi yaratmır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi Şəxs əməlində İXM-nin 334.2-ci maddəsində göstərilən inzibati xətanın yaranmasını şərtləndirən üç halın hamısı mövcud deyildir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-104/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-104/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver