Məhkəmə qərarları › İş №3(075)-1040/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-1040/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-1040/2023 23.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlu, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Muhammad Asifin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanıda X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Muhammad Asif şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, inzibati təndeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli X3 Məcəlləsinin 192.4-cü maddəsinin törədilməsinə görə 1000 manat cərimə edilmişdir. Bu qərar ona xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Qərarı qanunsuz hesab edir. Belə ki, o, heç bir inzibati xəta törətməmişdir. Göstərmişdir ki, qərara əsasən işçinin son haqq-hesabı gecikib. Son haqq-hesab iş yerində ödənilir. Cəmiyyətin rəsmi qeydə alındığı ünvan işə Şəki rayonu, Qoxmuq kəndidir. İnzibati xəta baş veribsə ona Bakı şəhərində deyil, ehtimal olunan hadisə baş verən yerdə baxılmalı idi, yəni Şəki rayonunda. Bununla İXM-nin 110.1-ci maddəsi pozulmuşdur. Digər tərəfdən son haqq-hesabın gecikməsi halına yol verilmişdirsə bunu DƏM sübut etməlidir. Onların DƏMə göndərdikləri bank çıxarışından görünür ki, onlar vaxtında ödəmişlər. Son haqqhesabdan sonrakı ödəniş isə artıq ödəmədir. Onun da geri alınması üçün işlər davam etdirilir. Əməldə təqsirin olduğunun inzibati orqan sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Muhammed Asif "xxxx" QSC-nin qanuni təmsilçisidir, İXM-nin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs kimi 1000 manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin internet səhifəsinin (www.eurolineqsc.com) əlaqə bölməsindən görünür ki, "xxxx" QSC-nin faktiki ünvanı ünvan 2n X1 müvəqqəti yaşamaq üçün icazə vərəqəsindən görünür ki, onun yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 13, mənzil 107-dir. Məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidmətinin internet saytından hüquqi şəxslərlə əlaqədar əladə edilmiş məlumatdan görünür ki, "xxxx" QSC-nin hüquqi ünvanı Şəki rayonu, Qoxmuq kəndidir. Lakin "xxxx" QSC-nin internet səhifəsinin (www.eurolineqsc.com) əlaqə bölməsindən görünür ki, "xxxx" QSC-nin faktiki ünvanı Bakı şəhəri, Yeni Yasamal, Ş.Mehdiyev küçəsi 93,7-ci mərtəbə kimi göstərilmişdir. X1 şikayətə yaşadığı yer üzrə baxılması barədə vəsatət verməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da göründüyü kimi hazırkı vəziyyətdə qərardan verilən şikayətə hüquqi şəxsin hüquqi ünvanı üzrə deyil, İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yer üzrə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdı. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı və bununla bağlı şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Muhammad Asifin barəsində X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar