Məhkəmə qərarları › İş №3(075)-1041/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1041/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1041/2023 15.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Laçın rayonu, Daşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, müəllim işləyən, Laçın rayonu, Daşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində Şəki rayonu, Turan qəsəbəsində, küçədə ünvansız nalayiq söyüşlər söymüş və onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış, beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə, saat 16:50 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin inzibati binasında Şəki ŞRPŞ-nin Sarıca PB-nin, əməliyyat müvəkkili, polis leytenantı Elçin Əhmədzadə və Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis baş serjantı Vüsal İsmayılov birlikdə xidmətdə olduqları zaman qəsəbənin mərkəzində yerləşən Sarıca PB-nin inzibati binasının qarşısında bir nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söydüyün görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə ictimai qayda pozuntusu törətdiyini bildirmiş və onu nizam iltizamdəvət etmişlər. Lakin həmin şəxs ona dəflərlə polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara nizam-iltizama çağırışa qəsdən məhəl qoymayaraq daha da aqresiv şəkildə öz həfəkətlərini davam etdirmiş, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə gətirildi. Polis bölməsində həmin şəxsin Laçın rayonu Daşlı kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Bildirmişdir ki, 14 noyabr 2023-cü il tarixdə X13 rayonu Bolludərə kənd sakini X7 ərizə ilə məhkəməyə müraciət edərək kənd məktəbinin müəllimi olan Şəxs onun oğlu Rüzgar Qarayevi məktəbdə nalayiq söyüş söyərək təhqir etməsi barədə ərizə daxil olmuşdur. Həmin iş üzrə araşdırma aparılan zaman Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə o, işlədiyi məktəbdə olarkən, zəng vurulub uşaqlar dərsdən çıxan vaxt 4-cü sinif şagirdi topu vurmuş, həmin top da 1-ci sinif şagirdinin üzünə dəymişdir. O, həmin uşağa topu ona gətirməsini demişdir. Lakin həmin şagird topu ona vermədən, qaçıb çıxıb getmişdir. Bundan sonra həmin uşağın valideynləri DİN “102” xidmətinə məlumat vermişlər. Lakin o, hadisə zamanı heç bir uşağa şiddət göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Bildirmişdir ki, hadisə ilə bağlı polis əməkdaşları gələn zaman heç bir etiraz etmədən özünə məxsus avtomobili qardaşının evinin qarşısına aparmış, sonra isə özü könüllü şəkildə polis bölməsinə getmişdir. O, heç bir polis əməkdaşının qanuni tələbindən kənara çıxmamış, polis əməkdaşlarına heç bir etiraz etməmiş, heç kimə qarşı nalayiq ifadə işlətməmişdir. Polis Bölməsində olan zaman ona qanun pozuntusuna yol verdiyini, nalayiq ifadələr işlətdiyini, ictimai qaydaları pozduğunu bidirmiş, bu barədə izahat yazmasını bildirmişlər. O, bu zaman ictimai qayda pozuntusuna yol vermədiyini bildirərək yazılı izahat yazmaqdan imtina etmişdir. O, polis əməkdaşlarının qanuni tələblərindən kənara çıxmamış, işlədiyi orta məktəbə heç bir şagirdə şiddət göstərməmiş, heç bir nalayiq ifadə işlətməmişdirş. Hesab edir ki, protokol əsassız olaraq tərtib edilmişdir. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Qanuna mübafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə, saat 16:50 radələrində o və Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis baş serjantı Vüsal İsmayılov birlikdə Şəki ŞRPŞ-nin Sarıca PB-nin inzibati binasında xidmətdə olduqları zaman küçədə bir nəfəş şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmişdilər. Həmin şəxsə törətmiş olduğu əməlin qanun pozuntusu olduğunu bildirərək, onu nizam iltizama dəvət etsələr də, həmin şəxs onların çağırışlarına məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi dəflərlə nizam-iltizama dəvət etsələr də, ictimai qaydaları pozmamağı bildirsələrdə, həmin şəxs onlara məhəl qoymayaraq daha da aqresiv şəkildə öz əməllərinə davam etmişdir. Bundan sonra onlar həmin şəxsi polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxsin Laçın rayon sakini Şəxs olması məlum oldu. Bildirmişdir ki, həmin şəxs barəsində Şəki rayonu Bolludərə kənd sakini tərəfindən polis bölməsinə şikayət ərizəsi də daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri X6 şahid X5 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X2 ifadəsində göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə, onun Şəki ŞRPŞ-nin Sarıca PB-də araşdırlan şikayət ərizəsinə görə Şəki ŞRPŞ-nin Sarıca PB-nə çağırmışdılar. O, saat təxminən 16:50 radələrində polis bölməsinə yaxınlaşan zaman küçədə bir nəfər şəxsin səs-küy saldığını görmüşdür. Həmin şəxsə polis əməkdaşları yaxınlaşmışdılar. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs polis əməkdaşlarına “məndən nə istəyirsiz, əl çəkin məndən” ifadələrini işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsi polis bölməsinə aparmışlar. Həmin şəxs polis bölməsində olan zaman da səs-küy salmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə Şəxs protokolda göstərilən inzibati xətanı törətməməsi və izahat verməkdən imtina etməsinə tənqidi yanaşaraq qeyd edir ki, onun bu ifadəsi iş materialları ilə təkzib edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün bu gür hərəkət etmişdir. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar