Məhkəmə qərarları › İş №3(075)-1043/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1043/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1043/2023 08.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsi ilə tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli, EP-0087206 saylı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci mаddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən 02 noyabr 2023-cü il tarixdə tərtib edilmiş EP-0087206 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən Mərkəzi Bankın 06 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6647/2023 saylı məktubu ilə tələb edilən sənədlər (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Bununla da Şəxs ASC tərəfindən İXM-nin 548.2-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Şəxs ASC-nin səhmləri “Azəri” Korporasiya tərəfindən alınmışdır. Həmin səhmlərdən “Azəri” Korporasiya istifadə edir. Şəxs ASC fəaliyyətini dayandırmışdır. Lakin fəaliyyətin dayandırılması ilə bağlı müvafiq quruma məlumat verməmişdir. Bununla bağlı məlumat vermək lazım olduğunu bilməmişlər. Bildirmişdir ki, 15 noyabr 2023-cü il tarixdə Şəxs ASC-nin fəaliyyətini dayandırması ilə bağlı Mərkəzi Banka məlumat vermişdir. Bundan sonra vaxtında məlumat veriləcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli, EP-0087206 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən İXM-nin 548.2-ci mаddəsinin tələbləri pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə ünvanlanmış 06 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6647/2023 saylı məktubdan görünür ki, Mərkəzi Bank tərəfindən Şəxs ASC-dən 2022-ci ilə dair emitentin illik hesabatının 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Əks halda İXM-nin 548.2-ci mаddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, Şəxs ASC-nin nümayəndəsi Musayev Şöhrət adlı şəxs tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə ünvanlanmış 06 sentyabr 2023-cü il tarixli, 6-1-26/2- 6647/2023 saylı məktub 23 sentyabr 2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Şəxs ASC-nin 27 noyabr 2023-cü il tarixli, 02 saylı məktubundan görünür ki, AZ5500 Şəki rayonu ünvan 2 ünvanda qeydiyyatda və mövcud olan Şəxs Hüquqi Şəxsin fəaliyyəti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmış, Nizamnamə kapitalının miqdarı 66686.00 manat müəyyənləşmiş “Azəri” Korporasiyası tərəfindən özəlləşərək təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı (hazırkı) “Azəri” Korporasiyasına - 99.4332 %, X3 isə - 0.5668 %-i aid edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 noyabr 2011-ci il tarixli **********901300 saylı X1 öz əksini tapmışdır, həmin 01 noyabr 2011-ci il tarixli **********901300 saylı X2 ksero surəti qoşma vərəqə kimi məktuba əlavə olunur. 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022 və 2023-cü illər ərzində heç bir fəaliyyət növü ilə məşğul olmamaışdır. Bu müddət ərzində yalnız Şəxsnə hər bir ilə ayrı-ayrılıqda torpaq vergisi bəyannaməsi tərtib edilərək 1617.48 (bir min altı yüz on yeddi manat qırx səkkiz qəpik) AZN manat həcmində torpaq vergisi borcu hesablanmış, cəmisi bu illər ərzində yaranmış 16174.80 AZN manat məbləğində torpaq vergi borcu “Azəri” Korporasiyası tərəfindən Dövlət Büdcəsinə tamamilə ödənilmişdir. Göstərilmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə 09:44-də və 10:24də iki dəfə Azərbaycan Respublikası Mərkəzi Bankın İnzibati İcraat və Məhkəmə içləri şöbəsinin rəsinin mailto:Yusif_Mammadov@cbar.azElektron ünvan elektron ünvana tərəflərindən sənədlər və xx.xx.2023-cü il tarixli 01 saylı məktub göndərilərək təqdim edilmişdir. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin: 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə 06 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6647/2023 saylı göstəriş məktubu göndərilmişdir. Həmin göstəriş məktubunda emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanması və onun ali idarəetmə orqanı tərəfindən təqdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi, elimentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi öz əksini tapmalı olması göstərilmişdir. Mərkəzi Bank tərəfindən Şəxs ASCdən 2022-ci ilə dair emitentin illik hesabatının 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs ASC-nin rəsmi qeydiyyatda olan hüquqi ünvanına göndərilmiş və 23 sentyabr 2023-cü il tarixdə “Musayev Şöhrət” adlı şəxs tərəfindən qəbul olunmuşdur. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs ASC tərəfindən həmin sənədlərin Mərkəzi Banka təqdim edilməsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC fəaliyyətini xx.xx.2014-cü il tarixdən dayandırsa belə onun səhmləri “Azəri” Korporasiyası tərəfindən alınmışdır. Göründüyü kimi Şəxs ASC fəaliyyətini dayandırmasına baxmayaraq, onun səhmləri alınmış istifadədə olmuşdur. Lakin Şəxs ASC tərəfindən qanunvericiliyin tələbləri baxımından 2022-ci ilə dair emitentin illik hesabatı Azərbaycan Respublikası Mərkəzi Bankına vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC-nin Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiaları ilə tam təsdiq оlundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Аzərbаycаn Respublikаsının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci mаddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar