Məhkəmə qərarları › İş №3(075)-1043/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1043/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1043/2025 15.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X10 qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Nümayəndə iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu Bideyiz kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polis polkovnik-leytenantı X6 tərəfindən tərtib olunmuş 15 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixd saat 12:30 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən, “Azər” marketin yaxınlığında ictimai qaydaları pozmaq, eyni zamanda polisin qanuni tələbinə tabe olmadığına görə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində xidmətdə olduqları zaman Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən “Azər” marketin yaxınlığında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışdırlar. Özlərini təqdim edərək. Ona yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatlığına səbəb olmasını və bununla da, ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, daha da, aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək, uca səslə etikadan kənar ifadələr işlədərək səs-küy salmağa başlamış, onlar onu sakitləşdirməyə çalışsalar da, o, onların sözlərinə məhəl qoymayaraq kobudluq etməklə öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs tərəflərindən Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayonu, Bideyiz kənd sakini, xx.xx.1977-ci il təvəllüdlü Şəxs olması müyyən olunmuşdur. Odur ki, yuxarıda qeyd olunan şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polis polkovnikleytenantı X2 izahatını təsdiq etdiyini və izahatın doğru olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə məhkəmə iclasında inzibati xəta haqqında protokolun təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və məhkəmədən maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ifadəsində bildirdi ki, xidmətdə olduqları zaman Şəki şəhər 20 Yanvar küçəsi, “Azər” marketin yaxınlığında bir nəfərin ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışlar və ictimai qaydaları pozduğunu bildirmişdirlər, ancaq o, onların tələblərinə məhəl qoymamışdır. Daha sonra şəxs tərəflərindən Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 digər şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında Şəxs nalayiq ifadələrdən istifadə etdiyini və polis əməkdaşlarının ona yaxınlaşaraq ictimai qaydalara riayət etmədiyini bildirdiklərini və daha sonra onu xidməti maşınla apardıqlarını gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 digər şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 15 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 13:00-da tutulmuşdur. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 15 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində bir qutu siqaret aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə, yəni polis şöbəsində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 dekabr 2025-ci il saat 13:00-dan hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar