Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1045/2025 09.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Şəxs2 iştirakı ilə, Şəxs2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərardadına əsasən Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1000 (min) manat miqdarında cərimə edilmişdir. Şəxs2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 həmin qərarın icrası məqsədi ilə əmək haqqından tutulmaların aparılması üçün göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-101972/2025 nömrəli məktubu ilə tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi faktı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X6 tərəfindən Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs2 protokola etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, bələdiyyə vergilərinin toplanılmasında çətinliklər mövcuddur. Bələdiyyənin dövlət təşkilatlarına xeyli miqdarda borcu vardır. Dövlət vergi orqanı tərəfindən onların hesabına sərəncam qoyulmuşdur, bu səbəbdən də onlar tərəfindən hər hansı cərimə məbləğinin ödənilməsi mümkün deyildir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş sənədlərlə aşağıdakılar müəyyən edilir: - 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 əmək hüquqlarının pozulması ilə bağlı tərəfindən Şəxs2 rəhbərliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-63384/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-66367/2025 saylı icrası məcburi göstəriş məktubları göndərilmiş lakin icra edilməmişdir. Şəki rayonunun Şəxs2 sədri Şəxs2 tərəfindən İXM-nin 539.1-1-ci maddəsinin tələblərini pozulduğundan 1000 manat inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-101975/2025 saylı məktubundan görünür ki, hüquqi şəxs Şəki rayonu Şəxs2nə məktub göndərilərək Şəxs2 əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində X3 yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. - 12 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs2 barəsində tətbiq edilmiş inzibati cərimənin aylıq əmək haqqından tutulması üçün Şəxs2nə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-101975/2025 saylı məktub göndərilmiş lakin icra edilməmişdir. Nəticədə Şəxs2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Şəxs1 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X3 ünvanlanmış 12 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Şəxs2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Müfəttişliyi Xidmətinin Şəki X12 tərəfindən 1000.00 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Lakin bu günə qədər inzibati tənbeh növü üzrə tətbiq edilən cərimə Bələdiyyənin DSMF-yə olan borcu ilə bağlı əmək haqqı ala vəya hər hansı bir ödəniş tapşırığı icra edə bilmədikləri üçün cərimə məbləğinin ödənişini həyata kecirə bilməmişlər. - Azərbaycan Respublikası Şəxs1 tərəfindən verilmiş 07 yanvar 2026-cı il tarixli, 02 nömrəli arayışdan görünür ki, Şəxs2 fiziki şəxslərdən torpaq vergisinə görə 19262 manat, fiziki şəxslərdən əmlak vergisinə görə 5609 manat, torpağın icarə puluna görə 2400 manat olmaqla, cəmi 27271 manat debitor borcu vardır. - Azərbaycan Respublikası Şəxs1 tərəfindən verilmiş 07 yanvar 2026-cı il tarixli, 03 nömrəli arayışdan görünür ki, Şəxs2 kənd bələdiyyələrinin Milli assosasiyasına 2461 manat, Həmkarlar İttifaqına 900 manat, DSMF-na 13941 manat, İcbari Tibbi Sığortaya 1649 manat kreditor borcu vardır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli alınmalı sərəncamlarından görünür ki, Şəxs1 bank hesabı üzrə büdcəyə olan qalıq və faiz məbləğinin tutulması barədə rəsmi sərəncamlar verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin Məcəllənin 65.6-ci maddəsinə bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, kredit və elektron pul təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra kredit və elektron pul təşkilatı vergi orqanının sərəncamını icra edir. Həmin Məcəllənin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə kredit və ya elektron pul təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit və elektron pul təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Şəxs2nə məktub göndərilərək Şəxs2 əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində X3 yazılı formada məlumat verilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 04 noyabr 2025-ci il tarixli, 3-17-5/2-101975/2025 saylı məktubundan 2 gün sonra, yəni 06 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəki rayonu Şəxs2nin bank hesabı üzrə büdcəyə olan qalıq və faiz məbləğinin tutulması barədə rəsmi sərəncamlar verilmiş, bələdiyyənin hesabı dondurulmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X6 tərəfindən Şəxs2 barəsində tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi əsası ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs2 tərəfindən inzibati xətaya dair tətbiq edilmiş cərimə məbləğinin ödənilməməsi onun təqsirli hərəkət və ya hərəkətsizliyi ilə səbəbindən deyil, məhz hesabının vergi orqanı tərəfindən dondurulması səbəbindən baş vermişdir. Yəni, bələdiyyə həmin cərimə məbləğini ödəmək imkanından məhrum edildiyi üçün Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədə uyğun hesab edilə bilməz. Məhkəmə bu əsasla Şəxs2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqa uyğun hesab edir. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs2 əməlində İXM-in 529.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1045/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1045/2025
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver