Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1047/2023 16.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Muşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün 16 noyabr 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 izahatında bildbildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində hərəkətdə olan idarə etdiyi **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayan polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəki şəhər-rayon polis şöbəsi Dövlət X7 əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə tanışına məxsus olan idarə etdiyi “Ford Tranzit” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salman Mümtaz küçəsində hərəkətdə olarkən ona Şəki şəhər DYPB-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş və o, maşını saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq maşının sənədlərini tələb etmişlər, o isə sənədləri vermişdir. Ondan sürücülük vəsiqəsini istədikdə isə sürücülük vəsiqəsinin üstündə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı bort kompyuter vasitəsilə onun sürücülük vəsiqəsinin olduğunu müəyyən etmişdir. Daha sonra polis əməkdaşı avtomaşında yükün normadan artıq olduğundan şübhələndiyini bildirmiş və yükün müəyyən olunması üçün ona avtomaşının yükünün ölçülməsi üçün başqa ərazidə yerləşən tərəzidə ölçmək üçün getməyini bildirmişdir. Bu zaman onun tanışı, avtomobilin sahibi Mürşüdov Anar bildirmişdir ki, tanımadığı zavodda olan tərəziyə inanmır, polislərin özündə tərəzi olduğunu bildirmiş və maşını başqa tərəziyə aparmağa icazə verməmişdir. Bundan sonra polis əməkdaşı maşının sahibi olan Mürşüdov Anara tabesizlik göstərdiyini bildirmiş və onları polis şöbəsinə dəvət etmişdir. Onlar da etiraz etməyərək Polis şöbəsinə gəlmişlər. O, həmin vaxt polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. O nə yükün, nə də ki, avtomobilin sahibidir. Sürücü kimi avtomobili idarə edir. Onu ümumiyyətlə niyə tutduqları ona aydın deyil. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını, Şəxs ümumiyyətlə bu işə aidiyyəti olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X5 X7 inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmət apararkən “Ford Tranzit” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlmış və özlərini təqdim etmişlər. Sürücüdən sənədləri tələb etdikdə o, bildirmişdir ki, üzərində heç bir sənəd yoxdur, bu zaman bort kompyuter ilə yoxlama aparılmış, sürücünün Şəxs olduğu müəyyən olunmuş və etibarnaməsi olmadığını və avtomobilin sahibinin sərnişin qismində əyləşən X3 olduğu müəyyən olunmuşdur. Avtomobilə baxış zamanı artıq yükün olmasının müşahidə edildiyini bu səbəbdən də avtomaşını yaxınlıqda olan tərəziyə aparmalı olduqlarını bildirdikdə, avtomaşının mülkiyyətçisi Anar Mürşüdov və idarə edən Şəxs avtomaşını tərəziyə aparmaqdan imtina etmişlər. Bundan sonra onların polisin qanuni göstərişinə tabe olmadıqlarından olduqları yerə Post Patrul xidmətinin əməkdaşları çağırılmış və birlikdə Polis Şöbəsinə gəlmişlər. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 10 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində hərəkətdə olarkən idarə etdiyi **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayan polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-109/1-29691/23 nömrəli raportdan görünür ki, “Ford Tranzit” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilldə artıq yükün olmasını bildirdikdə sürücü Şəxs onlara etiraz edərək polisin qanuni tələbinə tabe olmamış və avtomibili tərəziyə aparmaqdan imtina etmişdir. Daha sonra Şəxs post patrul xidmətinin əməkdaşları ilə birlikdə Şəki şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Polis haqqında qanunun 20-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq; nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək; qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq; yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq; yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək; yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək; təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Şəki rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşının tələbi ilə avtomobilin daşıdığı yükünün çəkisini müəyyən etmək üçün Şəxs müəyyən olunmuş yerə getməkdən imtina etməsini qanunvericiliyin normasından da göründüyü kimi polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1047/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1047/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver