Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-105/2021 03.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakları ilə X2 Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsi, həmin vaxt mənim içkili avtomobil idarə etməməyimi nəzərə alaraq hər hansı bir qanuni əsas olmadan barəsində protokol və qərar qəbul edildiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 barəsində ciddi tədbirlər görülməsi üçün təqdimat çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X11 göstərdi ki, o, müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur. Mahiyyəti üzrə bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə spirtli içki qəbul etmişdir. Geri qayıdarkən içkili olduğundan avtomobili dostu (ayıq sürücü) idarə etmişdir. Şəki şəhəri, Oğuz şossesi yoluna çatmamış dostu avtomobili saxlamış, ayaqyoluna getmişdir. O, avtomobildən kənarda olmuşdur və bu zaman yol patrul xidməti əməkdaşları avtomobilə yaxınlaşaraq sənədləri tələb etmişlər. O, sənədləri təqdim etmiş, bu zaman polis əməkdaşı ondan içkili olub-olmadığını soruşmuşdur. O isə öz növbəsində bir qədər içkili olduğunu bildirmişdir. Onu tibbi müayinə üçün dəvət etdikdə avtomobil idarə etmədiyini, nə üçün müayinə edilməli olduğunu soruşmuşdur. Polis əməkdaşları sürücünü gözləmədən onu müayinəyə aparmışlar. Müayinə nəticəsinə orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol ona təqdim olunarkən “narazıyam” qeydini aparmış, dərhal “102” xidməti ilə əlaqə saxlamışdır. Belə ki, o, saxlanılarkən içkili olduğunu inkar etmir. Lakin qanunvericiliyə əsasən, o, içkili halda nəqliyyat vasitəsi idarə edərsə barəsində protokol tərtib edilə bilər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni müdafiə edir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Şəki şəhəri, Oğuz şossesi yolunda xidmətdə olarkən VAZ-21074 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin dar küçədən çıxıb hərəkətdə olduğunu müşahidə etmişdir. Avomobilin sürücüsü onda şübhə doğurduğundan xidməti avtomobilləri ilə onun arxasınca sürmüşlər. Bir qədər sonra avtomobil dayanmış, onun içərisindən iki nəfər düşmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərkən onlardan kəskin spirt iyi gəlməsini müşahidə etmişlər. Bundan sonra həmin şəxsdən avtomobili nə üçün sərxoş vəziyyətdə idarə etdiyini soruşmuşdur. Həmin şəxslər həqiqətən də sərxoş olduqlarını, lakin avtomobili onların idarə etmədiklərini, ayıq sürücünün ayaqyoluna getdiyini və bir azdan gələcəyini bildirmişlər. Bundan sonra avtomobilin sürücüsünü müayinəyə aparmışdır. Müayinə zamanı sürücünün orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Daha sonra şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elşən Nəcəfov protokolla razı olmamış, şikayət verəcəyini bildirmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, X11 onun dostudur. xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Elşən Nəcəfova məxsus VAZ- 21074 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmişdir. Bildirdi ki, həmin gün dostları ilə yeyib-içmişlər. Lakin o, spirtli içki içmədiyindən sərxoş olmamışdır. Şəki şəhəri, Oğuz şossesi yoluna çatmamış avtomobili saxlamış, ayaqyoluna getmişdir. Geri qayıdarkən dostlarının YPX avtomobili ilə aparıldıqlarını görmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş AsanPay ödəniş sistemindən çıxarışdan görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol qərarsızdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən X9 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 189-4249-1221 nömrəli məktubdan görünür ki, X7 xx xxxxxx 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin «102» xidmətindən daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, X11 xx xxxxxx 2021-ci il tarixdə, Şəki-Oğuz şossesində, Vaz-21074 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun alkoqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra Şəki Rayon Mərkəzi X3 tərəfindən verilmiş akta əsasən onun orta dərəcəli sərxoşluğu müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə İXP-3778185 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müraciətin araşdırılması məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis mayoru Şəhmir Uluxanovun qəbulunda olarkən ona qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmiş və izahatı alınmışdır. İzahatında avtomobili idarə etdiyini inkar etmişdir. Ona barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayətçi olduğu təqdirdə məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda X7 Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X11 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən avtomobilin məhz X11 tərəfindən idarə edildiyi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, YPX avtomobili VAZ-21074 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə çatdıqda həmin avtomobilin yanında iki nəfər şəxs olmuşdur. Lakin avtomobilin kim tərəfindən idarə edilməsi tam aydın görünmür. İnzibati protokol tərtib etmiş şəxs X10 tərəfindən idarə edildiyini rəsmiləşdirsə də, Elşən Nəcəfov tərəfindən bu fakt inkar olunur. X10 tərəfindən idarə edilməsi inkar edilməsinə baxmayaraq, bu faktı təsdiq edən hər hansı sübut və ya görüntü məhkəməyə təqdim edilməmiş, qeyd edilən xüssusatları inzibati protokol tərtib edən orqan tərəfindən fərziyyələrə əsaslanan sübutlar olduğundan məhkəmə şəxsin inzibati xətanı törətməsini sübut edilmiş saymır. Məhkəmə İXM-nin 8.2-ci maddəsinə əsasən şübhələri X7 xeyrinə həll etməklə sonuncunun əməlində İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibinin olmaması qənaətinə gəlir. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, işdə olan AsanPay ödəniş sistemindən çıxarışdan görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol qərarsızdır. Odur ki, X7 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmədiyindən ərizə mövcud olmayan qərarın ləğv edilməsi hissəsində əsaslı deyildir. Buna görə də ərizə qismən təmin edilməli, Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əsaslı olmadığından ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-105/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-105/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver